Ramiz Məşədiyev

Ramiz Məşədiyev (azərb. Ramiz Abbas oğlu Məşədiyev‎; d. 15 may 1958-ci il, Qərbi Azərbaycan, Kirovakan, Arçut) — Azərbaycan alimi, filologiya elmləri namizədi, "Türkel" qəzetinin baş redaktoru.

Ramiz Məşədiyev
Ramiz Abbas oğlu Məşədiyev
Doğum tarixi 15 may 1958(1958-05-15) (66 yaş)
Doğum yeri
Atası Abbas Məşədiyev
Milliyyəti azərbaycanlı
Təhsili
Tanınır rejissor, jurnalist

Ramiz Məşədiyev 15 may 1958-ci ildə Qərbi Azərbaycanın Kirovakan şəhəri Arçut kəndində anadan olub. O, orta məktəbi 1975-ci ildə bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1980-ci ildə rejissor-aktyor sənətinə yiyələnib. 1984-1989-cu illərdə İrəvan Dövlət Universiteti ikinci ixtisas kimi jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1980-1988-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor assistenti;
  • 1982-1988-ci illərdə Sovet Ermənistanı qəzetində tərcüməçi və ştatdankənar müxbir;
  • 1983-1988-ci illərdə İrəvan Dövlət TV radiosunda Azərbaycanca bir saatlıq proqramın 2-ci redaktoru və aparıcısı;
  • 1989-cu ildə Azərbaycan Dövlət Teleradiosunda əməkdaş;
  • 1989-cu ildə Xankəndində yerli Dağlıq Qarabağ radiosunda mühafizə altında Azərbaycan hökumətinin qərarlarını ermənicə 3 ay yayımlayıb;
  • 1993-1995 Az.TV Xəbərlər redaksiyasında böyük redaktor-müxbir;
  • 1995-2003 Az.TV ictimai əsaslarla AFR və Mərkəzi Avropa təmsilçisi;
  • 2003-2007 Az.TV ictimai əsaslarla Qazaxıstan və Orta Asiya təmsilçisi;
  • 2007-ci ildən başlayaraq Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı;
  • 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri;
  • 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru;
  • 2005-ci il - "Türkel" qəzetinin və "Türkel ekspress" əlavə qəzetinin baş redaktoru;
  • 2007-ci il "Altın körpü" jurnalının baş redaktoru;
  • 2017–ci il Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin baş redaktoru;
  • 2003-cü ildən başlayaraq Manas TV Radiosunda Dostluq Körpüsü 1 saatlıq proqramın aparıcısı və redaktoru;
  • 2018-ci ildən başlayarak Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi;
  • 2018-ci il iyun ayından başlayaraq Qırğız Dövlət TV PƏRAMİDA həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü,

Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Ramiz Məşədiyev "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100" kitablarının, "Həyatın içindən-Ahıska sürgün"”, "İnsan və Əmək"”, "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla qısametrajlı filmlərin rejissoru və müəllifidir.

2021-ci ilin payızından Qırğız Dövlət TV Piramida kanalının mərkəzi Bakı şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyinin həmsədri.

Ramiz Məşədiyev ailəlidir. 3 oğlu, 2 qızı və 7 nəvəsi var.

  • 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin "Şah İsmayıl Xətai" adına Fəxri Fərman mükafatçısı.
  • 2007–ci il Qırğızıstan Hökumətinin Fəxri Fərmanı
  • 2008-ci il Qırğızıstan XİN Fəxri Diplomu
  • 2012–ci il TÜRKSOY Mükafatı laureatı
  • 2014–cü il Qazaxıstan Prezidenti imzası ilə Təşəkkürnamə
  • 2015–ci il Qazaxıstan Prezidentinin Fərmanı ilə Xalqlar Assambleyası 20 illik medalı
  • 2016-cı il Rusiya Federasiyası Olimpiya Medalı
  • 2016-cı il Qırğızıstan Özbək Milli Mərkəzi Qızıl Medalı
  • 2016–cı il Qırğızıstan Xalqları Assambleyası Fəxri Fərmanı
  • 2017-ci il TÜRKSOY 2-ci dəfə Mükafatı
  • 2017–ci il Qazaxıstan Xalqları Assambleyası Fəxri Fərmanı
  • 2018-ci il Dünya Generalları Sülh Uğrunda Beynəlxalq Təşkilatı Mətbuat Xidmətinin Qırğızıstan üzrə həmsədri,
  • 2018-ci il Dünya Generalları Sülh Uğrunda Beynəlxalq Təşkilatının Bayrağı Mükafatı.[1][2]
  • 2021-ci il Qırğızıstan Ala-Too Qadınları Təşkilatının "Alımbek Datka" Ordeni
  • 2021-ci il Qırğız Dövlət Piramida TV "30 illiyi" münasibətilə mefalı.
  • 2021-ci il Özbəkistandakı H.Əliyev adına Mədəniyyət Mərkəzinin “Türk dövlətləri arasında dostluq və həmrəyliyi geniş təbliğ edən ilin ən fəal jurnalistləri” nominasiyasının qalibi.