Arçut

Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd.[1]

Kənd
Arçut
40°51′47″ şm. e. 44°22′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Pəmbək mahalı
Rayon Böyük Qarakilsə rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 26,95 km²
Mərkəzin hündürlüyü 1.450 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 6545 nəfər (1988) nəfər
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Arçut xəritədə
Arçut
Arçut

Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir[2]

Toponim artuç (ardıc[3]) bitki adı[4] əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əkinçilikheyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.

Kənddə 1711-ci ildən etibarən Məscid, Folkloru qıs fəsli fevral [boz] ayı-hızırnəbi bayramı, qodu oynatmaq kimi adətlər olmuşdur.

Kənddə 1831-ci ildə 137, 1873–cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914 – cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır[5].

Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886[6], 1939-cı ildə 1052, 1959 – cu ildə 1295, 1970-ci ildə 2009, 1979 – cu ildə 2172 nəfər[7] azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.

1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ildə 655 yasayış evi var idi. Əhalisi 6545 nəfər olub.

  • Allahyar Yolçuyev - Kimya elmləri doktoru, Professor, Neft Akademiyası Analitik Kimya kafedrasının baş müəllimi.
  • Abuzər Qazıyev — ATU I müalicə-profilaktika fakultəsinin dekanı, Bakı şəhər baş onkoloqu, Əməkdar Müəllim, Tibb elmləri doktoru, professor
  • Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı
  • Namiq Məmmədov — İş adamı, “CASPEL” MMC-nin İdarə Heyətinin sədri, Mesenat, İctimai xadim, "Tərəqqi" medalı laureatı
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.21
  3. İbrahim Bayramovun fikrincə
  4. Древнетюркский словарь, Л., «Наука», 1969. s.57
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50-51, 130-131
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.51, 131
  7. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.484

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]