Ramiz Məmmədov (general-mayor)

Ramiz Xosrov oğlu MəmmədovAzərbaycan Silahlı Qüvvələrinin general mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1993–1995).

Ramiz Məmmədov
18 avqust 1993 – 20 iyun 1995
SonrakıElşən Kazımov
Şəxsi məlumatlar
Doğum tarixi 1940
Doğum yeri
Fəaliyyəti dövlət rəsmisi, hərbi qulluqçu, zabit
Hərbi xidmət
Xidmət illəri 1993—1995
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Döyüşlər Birinci Qarabağ müharibəsi
Rütbəsi
Polis general-mayoru

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli 767 nömrəli Fərmanı ilə daxili işlər polkovniki Ramiz Xosrov oğlu Məmmədova daxili xidmət general-mayoru rütbəsi verilmişdir[1].

Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1993-cü il tarixli 720 nömrəli Fərmanı ilə Ramiz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib[2].

General Ramiz Məmmədov 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz Əməliyyatının təşkilatçılarından biri olmuşdur.

Ona verilən xasiyyətnamədə belə yazılıb: "O, qanunvericiliklə Daxil İslər orqanlarına, Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Daxili İslər nazirinin müavini və Daxili Qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin — amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub"[3].

Azərbaycan Vətən Muharibesi Veteranlarının ictimai Birliyinin (AVMVİB) generalın yubileyi ilə bağlı təbrikində belə yazılıb: "Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarına, Daxil Qoşunlara və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib. Vətənə və xalqa sədaqətlə xidmət edib. Rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işguzarliğı və mənəvi keyfiyyəti ilə, ölkə prezdentinin və Daxil İşlər Nazirliyinin daimi diqqət mərkəzində olmuşdur. General-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra medalla, döş nişanları, orden və Fəxri Fərmanla mükafatlandırlıb".

O, 1995-ci il iyunun 20-də Daxili Qoşun Komandanı vəzifədən təqaüdə göndərilib[4].

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  3. "ŞƏRƏFLİ GENERAL ÖMRÜ: GENERAL- MAYOR RAMİZ MƏMMƏDOV — 82 | "Fədai" qəzeti" (rus). 2022-06-11. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.