Ramiz Rəhmanov

Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi.

Ramiz Rəhmanov
bayraq
Saatlı rayonu Partiya komitəsinin birinci katibi
bayraq2
1943 – 1947
bayraq
Lənkəran rayonu Partiya komitəsinin birinci katibi
bayraq2
1947 – 1948
bayraq
Azərbaycan SSR-nin Neft Sənayesi nazirinin müavini
bayraq2
1954 – 1959
bayraq
2-ci çağırış Azərbaycan SSR-nin Ali Sovetinin deputatı
bayraq2
1947 – 1951
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1906(1906-12-15)
Doğum yeri
Vəfat tarixi 15 mart 1983(1983-03-15) (76 yaşında)
Vəfat yeri
Partiya Sov.İKP

Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutu (19281932)
Həyat yoldaşları Lumu xanım Rəhmanova

Uşaqları Raqib, Rahid, Rəfael, Rasim

Təltifləri 2-ci dərəcəli “Vətən müharibəsi” "Şərəf nişanı" ordeni “SSRİ-nin fəxri neftçisi” nişanı

Həyatı və xidməti fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur.

1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb.

1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir.

1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir. 1942-ci ildə oradan geri qaytarılaraq, Azərbaycan Kommunist Partiyası Quba rayon komitəsinin 2-ci katibi vəzifəsinə seçilir.

1943-cü ildə Saatlı rayonun təşkil olunması ilə əlaqədar ora göndərilir və rayon partiya komitəsinin 1-ci katibi seçilir. Onun burada, müharibə şəraitində rayon əhalisini ərzaqla təmin etmək və orduya yardım göstərmək üçün səfərbərliyə almaq bacarığı özünü büruzə verir.

1947-ci ildə Lənkəran rayonu partiya komitəsinin 1-ci katibi seçilir. 1948-ci ildə "Azərneft" Birliyinin kadr məsələləri üzrə rəis müavinin təyin olunur. 1949–1951-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin büro üzvü seçilir.

1951-ci ildə neft hasilatının artırılmasını təmin etmək məqsədilə "Stalinneft" trestinə (indiki "Bibiheybət" NQÇİ) direktor təyin olunur.

1952-ci ildə yeni təşkil olunan Bakı vilayəti Partiya Komitəsinin şöbə müdiri vəzifəsinə namizədliyi irəli sürülür. Bürün instansiyaları keçəndən sonra, onun namizədliyi Mərkəzi Komitədə baxılanda, respublikanın o vaxt rəhbəri olan M.C.Bağırov ona "Azərsovxozsutikinti" idarəsinə rəhbərlik etməyi həvalə edir. Burada idarə ləğv olunanadək rəis olur.

İnsanların qayğısına qalmaq, onlara lazımı köməklik göstərmək, məişət məsələlini həll etmək bacarığını nəzərə alaraq, 1953-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Şurasının katibi seçilir. Lakin neft sənayesində işləmək istəyi, onu yenidən bu sahəyə qaytarır.

1954-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin Neft şöbəsində qrup rəisi olur. Həmin ildə "Azərneft" birliyini əsasında yaranan Azərbaycan Neft Sənaye Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. O, burada gənc mütəxəssislərin işə cəlb edilməsinə xüsusi fikir verir. Təkcə 1954–1959-cu illərdə neft sənayesinin istehsalat idarələrinə 4.7 min gənc mütəxəssis (onların sırasında 2.6 min ali təhsilli idi) təyinat almışdı. Xüsusilə Neft Daşları və Umbakı neft mədənlərinin təşkilində onun böyük əməyi olub. Tabeliyində olan çoxlu sayda idarələrinin əlaqəli işlərinin təşkil edir. Neftçilərin ev və tibbi təminatına rəhbərlik edir. 1956-cıciildə neftçilərin xəstəxanasının təşkilində, onun müasir avadanlıqla təminatında iştirak edir.

Nazirliyin ləğvindən sonra, 1959–1965-ci illərdə "Azərneft" Birliyində kadrlar üzrə rəis müavini vəzifəsində işləyir. 1965-ci ildə təşkil olunan Azərbaycan Neftçıxarma Nazirliyinin xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunur. Keçən əsrin 60-cı illərində Qərbi Sibirin, Qazaxıstanın neft-qaz yataqlarının mənimsənilməsi üçün 1000-ə qədər gənc neftçinin seçilməsi və oraya göndərilməsi üçün lazım olan işləri təşkil edir.

1970-ci ildən 1977-ci ildə təqaüdə çıxanadək "Azərneft" İstehsalat Birliyində kadrlar şöbəsinin rəisi işləyir. Bu illərdə, Azərbaycan neftçilərindən ibarət olan böyük dəstələrin Albaniya, Əlcəzair, Əfqanıstan, Hindistan, İraq, Vyetnam və b. ölkələrdə işləməsi üçün peşəkar mütəxəssis və fəhlələrin seçilməsinə böyük səy göstərir.

Azərbaycan neft sənayesi üçün rəhbər və mühəndis-texniki kadrların hazırlanması, seçilməsi və yerləşdirilməsində müstəsna xidmətləri olub. Qısa fasilələr nəzər alınmazsa, 30 il (1948–1977) bu sahəyə rəhbərlik edib. 1983-cü il martın 15-də Bakı şəhərində vəfat edib.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

II çağırış Azərbaycan SSR-nin Ali Sovetinin deputatı idi. Dəfələrlə Bakı Sovetinin və rayon icraiyyə komitələrinin deputatı seçilib. 1948–1966-cı illərdə Azərbaycan neft sənaye işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü olub.

Orden və medalları, fəxri adları

[redaktə | mənbəni redaktə et]

2-ci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenlərlə, bir çox medallarla, Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. "SSRİ-nin fəxri neftçisi" adına layiq görülüb.

  • Məmmədli Q. Sizə kim lazımdır? Biblioqrafik məlumat. Bakı, Maarif, 1990, s. 134
  • Nekroloq // "Vışka" qəzeti № 63, 17 mart 1983
  • Mirzəyev M. Mirzəliyev C. "Qara qızıl" ağ səadət rəngində, 2-ci kitab, Bakı, "Azərbaycan" nəşr., 2001, s. 323–326.
  • Рзаев М.А. Кадры решают все. Газета "Вышка", 2006, 15 декабря.
  • Рахманов Рамиз Алескер оглу (1906–1983). Азербайджанское нефтяное хозяйство, 2006, № 12, с. 63.