Ramstor körpüsü (rəsmi olaraq Ramstor Arch Bridge adlandırılır) — Qazaxıstanın Astana şəhərindəki İşim çayını əhatə edən bir kəmər körpüsüdür. 2007–2008-ci illər arasında İşim çayını keçən yol körpüsü kimi inşa edilmişdir.[1]
Ramstor körpüsü | |
---|---|
ing. Ramstore Arch Bridge | |
51°09′20″ şm. e. 71°26′05″ ş. u. | |
Keçid | İşim çayı |
Yeri | Astana |
Uzunluğu | 180 metr |
Eni | 50 metr |
Hündürlüyü | 60 metr |
Açılışı | 2 dekabr 2008 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün inşasına 30 aprel 2008-ci il tarixində başlanılmışdır. 1 dekabr 2008-ci ildə tamamlanmış və körpü 2 dekabr 2008-ci ildə istifadəyə verilmişdir. Ramstor körpüsünün göyərtəsi körpünün misilsiz tağından asılan kabellər tərəfindən dəstəklənir. Körpünün inşası zamanı çayda müvəqqəti bir polad konstruksiyanın göyərtə hissələrini dəstəkləmək üçün torpaq bir təpə yaradıldı. Qazaxıstandakı bu gözəl körpünün uzunluğu 180 metr, eni 50 metr və hündürlüyü 60 metrdir. Körpünün tikinti dəyəri 472 milyon dollardır. Körpünün orijinal dizaynı onu Astanada məşhur bir cazibə mərkəzinə çevirdi.[2]
Körpünün göyərtəsi hər biri 10 ilə 14 metr uzunluğunda 19 hissədən ibarətdir. Körpüdə nəqliyyat vasitələri üçün hər istiqamətdə üç zolaq vardır.[3][4]
Bu tikilinin memarı NPO Mostovik OOO, dizayneri isə IHI şirkətidir.