Rarotonqa Beynəlxalq Hava Limanı

Rarotonqa Beynəlxalq Hava Limanı — (ing. Rarotonga International Airport) — Kuk adalarının yeganə beynəlxalq hava limanı. Hava limanı Rarotonqa adasının Avarua şəhərinin işgüzar hissəsindən 3 km qərbdə, şimal sahildə yerləşir.

Rarotonqa Beynəlxalq Hava Limanı
Xəritə

21°12′10″ c. e. 159°48′20″ q. u.


IATA: RARICAO: NCRG
Məlumat
Hava limanı tipi mülki
Ölkə Kuk adaları Kuk adaları
Açılış tarixi 1975
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hava limanı 1975-ci ildə İkinci dünya müharibəsində ABŞ-nin hərbi baza kimi istifadə etdiyi yerdə açılmışdır.

2003-cü ildə 650.000 $ qarşılığında hava limanı yenidən təmir olunmuşdur.[1]

2009-cu ildə yenidən təmir işləri başladılmış və yeniləmə layihəsində 8,5 milyon $ xərclənmişdir. Yeni hava limanının açılışı 2010-cu ilin 22 iyununda baş tutmuşdur.[2]

Hava limanına avtomagistrallar çox yaxın olduqlarından təyyarələrin hava limanına enmələrinə yaxından baxmaq mümkündür. Xüsusilə R 8 yolu bu baxımdan seçilir.

Hava yolu şirkətləri və məntəqələr

[redaktə | mənbəni redaktə et]
Hava yolu şirkəti Uçuş nöqtəsi
Air New Zealand Oklend, Los Anceles, Sidney
Mövsümi: Kristcörç
Air Rarotonga Aitutaki, Atiu, Papeete, Mauke, Manqaiya
Air Tahiti Papeete
Virgin Australia Oklend
  1. "Revamp for airport check-in area" (Press-reliz). Cook Islands Government. 9 August 2003. 6 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2012.
  2. "New $8.5m airport terminals opened". Cook Islands News. 22 June 2010. 27 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]