Rasim Öztəkin (14 yanvar 1959, İstanbul – 8 mart 2021[1], İstanbul[1]) — türk teatr, kinoteatr və serial aktyoru.[3]
Rasim Öztəkin | |
---|---|
türk. Rasim Öztekin | |
Doğum tarixi | 14 yanvar 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 2021[1] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[2] |
Dəfn yeri | |
Fəaliyyəti | ssenarist, jurnalist, teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1977–2021 |
Təhsili |
|
IMDb | ID0654863 |
rasimoztekin.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Aktyor Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray ali məktəbinin ardından İstanbul Universiteti mətbuat şərhi yüksək məktəbindən məzun olan sənətçi, səhnə həyatında ilk təcrübələrini İstanbul akademik sənətçilər icması və Kadıköy xalq təhsil mərkəzi və növbətçi teatrda həvəskar çalışmalarla edindi. Fərhan Şənsoyun ortaaktyorlar icmasında profesional teatr sənətinə başladı. 2016 ilində Kəl Həsən Əfəndinin qovağı Fərhan Şənsoy tərəfindən özünə təhvil verildi.
1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi.
Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr. Siyami Ərsək Sinə Ürək və Damar Cərrahı Təhsil və Araşdırma xəstəxanasında 62 yaşında vəfat etdi.