Rasim Əliyev (jurnalist)

Rasim Əliyev (azərb. Əliyev Rasim Məmmədəli oğlu‎; d. 16 avqust, 1984 – ö. 9 avqust, 2015, Bakı, Azərbaycan) — jurnalist, Azərbaycanda insan haqları müdafiəçisi. ANN.TV-nin əməkdaşı olub. O, əvvəllər "Obyektiv TV"-də foto müxbir kimi fəaliyyət göstərib.[1]

Rasim Əliyev
azərb. Əliyev Rasim Məmmədəli oğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Mehdiabad, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Jurnalist, foto müxbir

Rasim Əliyev 2007-ci ildən bəri RATİ-də reportyor, video və foto müxbir kimi çalışıb.[2]

2013-cü ilin iyununda Rasim Əliyev Bakının mərkəzində keçirilən nümayişi işıqlandırarkən polis zorakılığına məruz qalıb və 7000 dollarlıq video kamerası sındırılıb. Bu hadisəyə görə, iki nəfər polis işdən uzaqlaşdırılıb. Nümayiş Türkiyədə Gəzi etirazlarına dəstək olaraq keçirilirdi.[3][4]

2015-ci ilin Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb.[5][6] Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib.[7] Onun qabırğaları sınıb və sol qulağı eşitmir. Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.[8]

Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.[9]

  1. "Rasim Əliyevin cənazəsi evinə gətirildi (yenilənib)". 2015-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  2. ""Rasim Əliyev dəfələrlə polis tərəfindən söyülüb və incidilib"". 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-10.
  3. "Τον σκότωσαν γιατί καταδίκασε την πρόκληση". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  4. "Azerbaycan'da gazeteci öldürüldü, olayın aslı bayrak değil: Türk düşmanları iş başında!". 2015-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  5. "AZERI JOURNALIST KILLED FOR CRITICIZING SOCCER PLAYER". 2015-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  6. "Jurnalist Rasim Əliyev dəfn edilib". 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  7. Döyülərək öldürülən jurnalist dəfn edildi
  8. "Döyülən jurnalist Rasim Əliyev vəfat etdi". 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  9. "Jurnalist Rasim Əliyev dəfn edildi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]