Qəbələ FK

Qəbələ FKAzərbaycanın eyni adlı şəhərini təmsil edən futbol klubu.

Qəbələ FK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Radarlar
Rəng(lər) Qara-Ağ-Qırmızı
Yaranma tarixi 03.08.1995 (26 il əvvəl)
Stadionu Qəbələ şəhər stadionu
Tutumu 4500
Baş məşqçisi Gürcüstan Kaxaber Tsxadadze
Liqa Azərbaycan Premyer Liqası
2023-2024 10
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet imperiyası vaxtında şəhəri Tütün Fermentasiya Zavodunun "TFZ" komandası təmsil edirdi. "Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005–2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

2015-ci ildə avrokuboklarda debüt edən komanda 2016-cı ildə 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən "Qəbələ" "Dinamo" (Tiflis, Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr), "Panatinaikos" (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda "Borussiya" (Dormund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq "Qəbələ" milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur. 2019-cu il aprelin 10-da kluba 13 il rəhbərlik etmiş Tale Heydərov Qəbələ klubunun prezidenti vəzifəsində istefa verdiyini açıqlayıb.[1]

Liqa və kubok tarixi

[redaktə | mənbəni redaktə et]
Mövsüm Liqa Azərbaycan kuboku Bombardir Baş Məşqçi
Div. Yer Oy. Q H M VQ BQ X Ad Qol
2005–06 2ci 1 30 22 6 2 72 14 72 1/8 Final R. Ahmadov 18 Faiq Cabbarov
2006–07 1ci 11 24 4 4 16 17 47 16 1/8 Final Vüsal Qarayev 4 Ramiz Məmmədov
2007–08 1ci 6 26 11 3 12 33 36 36 Yarımfinal Vitali Balamestni 8
2008–09 1ci 10 26 9 6 11 28 21 33 Yarımfinal Kənan Kərimov 6
2009–10 1ci 6 42 15 14 14 42 48 56 1-ci mərhələ Tomasz Stolpa 7
2010–11 1ci 7 32 13 12 7 31 18 51 1/4 Final Deon Burton 9 Toni Adams
2011–12 1ci 5 32 15 7 10 43 32 52 1/4 Final Luiz Paulo Hilario, Yannik Kamanan 9 Toni Adams / Kavlak
2012–13 1ci 6 32 10 8 14 32 40 38 1/4 Final Viktor Mendi, Lourival Assis 6 Kavlak / Ramiz Məmmədov / Luis Araqon
2013–14 1ci 3 36 18 7 11 48 36 61 Finalçı Daniel Subotiç 12 Yuri Semin
2014–15 1ci 3 32 15 9 8 46 35 54 1/4 Final Cavid Hüseynov 11 Dorinel Munteanu / Roman Qriqorçuk
2015–16 1ci 3 36 16 11 9 44 28 59 Yarımfinal Aleksey Qay 10 Roman Qriqorçuk
2016–17 1ci 2 28 14 10 4 48 21 52 Finalçı Filip Ozobiç 11
2017–18 1ci 2 28 14 7 7 43 26 49 Finalçı Baqali Dabo 13
2018–19 1ci 4 28 9 9 10 31 33 36 Qalib Ceyms Adeniyi 10 Sənan Qurbanov
2019–20 1ci 8 20 5 4 11 25 35 19 Davit Volkov 6 Elmar Baxşiyev
2020–21 1ci 7 28 5 9 14 21 42 24
2021–22 1ci 4 28 12 9 7 38 34 45 İsnik Alimi 8
2022–23 1ci 4 36 13 11 12 47 47 50 İsnik Alimi 9

Qəbələ İK ən böyük uğuruna 2007/08 mövsümündə nail olub. Komandamız MOİK Bakı, SimurqBakı kimi komandaları məğlub edərək Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə iki oyunun nəticəsinə görə Xəzər-Lənkəran klubuna məğlub olsa da, ölkəmizin dörd ən güclü kollektivi sırasına daxil olmağı bacarıb. Bundan başqa, 2007/2008 mövsümü Qəbələnin Azərbaycan Premyer Liqasında ən yaxşı çıxış etdiyi mövsüm kimi yadda qalıb – 36 xalla 6-cı yer.

Komandamızın əldə etdiyi yeganə çempionluq 2005/2006 mövsümünə təsadüf edir. O vaxt Gilan adlanan Qəbələ Azərbaycan çempionatının birinci dəstəsinin qalibi olub. Komandamız keçirdiyi 30 oyunun 22-də qalib gəlib, 6 dəfə heç-heçə edib və 72 xalla bütün rəqiblərini arxada qoyub. Həmin mövsümdə futbolçularımız arıdıcıl 24 oyunda məğlub olmayaraq uğurlu və analoqu olmayan seriyaya imza atıb.2013/2014 mövsümü Qəbələ komandası üçün uğurlu olub. Komanda həmin mövsüm Azərbaycan çempionatının üçüncüsü, Azərbaycan kubokunun ikincisi və tarixində ilk dəfə olaraq Avropa liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Ancaq bu mərhələdə Bosniya komandası Şiroki Brijek komandasına məğlub olub. İlk oyun 2:0 cavab oyunu 3:0. 2014/2015 mövsümündə Qəbələ Avropa Liqasına vəsiqə qazanıb. Burada ilk təsnifat mərhələsində Dinamo Tbilisini məğlub edib .

  • Dinamo Tbilisi (2 : 1) Qəbələ
  • Qəbələ (2 : 0) Dinamo Tbilisi

İkinci təsnifat mərhələsində Qəbələ, Serbiya klubu Cukarickini keçib

  • Cukaricki (1 : 0) Qəbələ
  • Qəbələ (2 : 0) Cukaricki
Klubun 2005-ci ildə qurularkən istifadə etdiyi loqo

Qəbələ Avrokuboklarda

[redaktə | mənbəni redaktə et]

Klub Qəbələ şəhərindəki bütün oturacaqlı futbol stadionu olan Qəbələ şəhər stadionunda ev oyunları keçirir. 2007-ci ildən etibarən əsasən UEFA-nın tələblərinə uyğun olaraq, klub yenidənqurma prosesinin daim davam etdirdiyi stadionun geniş şəkildə yenilənməsini təklif etmişdir. Məhdud dizayn müsabiqəsini qazandıqdan sonra AFL memarları 2008-ci ilin dekabrında yeni 15 minlik stadion və təlim meydançası hazırlamağa təyin edildi. Stadionun içərisindəki binalara otel və konfrans binaları, pərakəndə və korporativ yığıncaq sahəsi və giriş qülləsinin yuxarı hissəsində gözəl baxış mənzərəsi daxildir.

Tanınmış məşqçiləri

[redaktə | mənbəni redaktə et]

10 mart 2024-cü ilə kimi olan məlumat. Ancaq yarış matçları hesablanıb.

Ad Mil. O Q H M VQ BQ %Q Uğurları Qeydlər
Faiq Cabbarov Azərbaycan Azərbaycan 2005 2006 30 22 6 2 0 0 73,33 [2]
Ramiz Məmmədov Azərbaycan Azərbaycan 2006 May 2010 118 38 27 53 0 0 32,20 [3]
Toni Adams İngiltərə İngiltərə May 12, 2010 Nov 16, 2011 44 17 15 12 45 35 38,64 [4]
Fatih Kavlak Türkiyə Türkiyə Nov 18, 2011 Sept 27, 2012 29 14 7 8 43 27 48,28 [3]
Ramiz Məmmədov Azərbaycan Azərbaycan Sept 24, 2012 Apr 2, 2013 21 8 6 7 23 22 38,10 [3]
Luis Araqon (Müvəqqəti) İspaniya İspaniya Apr 2013 May 2013 8 1 3 4 5 10 12,50 [5]
Yuri Semin Rusiya Rusiya May 28, 2013 May 23, 2014 41 21 9 11 56 38 51,22 [6]
Dorinel Munteanu Rumıniya Rumıniya İyn 16, 2014 Dek 8, 2014 18 6 5 7 20 26 33,33 [7]
Sənan Qurbanov (Müvəqqəti) Azərbaycan Azərbaycan 8 Dek 2014 21 Dek 2014 3 1 2 0 4 3 33,33 [8]
Roman Qriqorçuk Ukrayna Ukrayna 21 Dek 2014 29 may 2018 159 75 41 43 238 150 47,17 [9]
Sənan Qurbanov Azərbaycan Azərbaycan 30 may 2018 02 sentyabr 2019 24 10 7 7 26 25 41,67
Elmar Baxşiyev Azərbaycan Azərbaycan 02 sentyabr 2019 26 fevral 2024 155 52 41 62 187 228 33,55
Kaxaber Tsxadadze Gürcüstan Gürcüstan 26 fevral 2024 2 0 0 2 2 7 00,00
  • Qeydlər:

O – Cəmi oyun sayı Q – Qələbə H – Heç-heçə M – Məğlubiyyət VQ – Vurulan qol BQ – Buraxılan qol
%Q – Qələbə nisbəti
Vətəndaşlıq FIFA ölkə koduna əsasən verilib.

İndividual rekordlar

[redaktə | mənbəni redaktə et]

Urfan Abbasov Qəbələnin 203 oyunla ən çox oyun keçirən oyunçusudur. Qalın şriftlə adları yazılanlar Qəbələnin cari futbolçularını göstərirlər.

15 mart 2019-cu ilə kimi olan məlumat.

Dodô Qəbələdə keçirdiyi 5 il ərzində 161 oyunda 30 qol vurub
Adı İllər Liqa Azərbaycan Kuboku Avropa Cəmi
1 Viktor Mendi 2011–2015 29 (112) 4 (13) 0 (2) 33 (127)
2 Luiz Paulo Hilario 2011–2016 23 (131) 3 (15) 4 (15) 30 (161)
3 Baqali Dabo 2016–2018 20 (43) 4 (6) 3 (13) 27 (62)
4 Filip Ozobiç 2016–2018 16 (47) 6 (9) 3 (18) 25 (74)
5 Cavid Hüseynov 2014–2015, 2016–2019 16 (82) 2 (16) 3 (11) 21 (109)
6 Daniyel Subotiç 2013–2014, 2017 15 (40) 4 (8) 0 (0) 19 (48)
6 Stiven Cosef-Monroz 2017– 2019 15 (41) 2 (7) 2 (6) 19 (54)
8 Kənan Kərimov 2008–2010 11 (46) 7 (?) 0 (0) 18 (45+)
8 Aleksey Qay 2015–2016 14 (51) 4 (6) 0 (14) 18 (71)
10 Yannik Kamanan 2012–2014 16 (62) 1 (6) 0 (0) 17 (68)

Ən çox oyun keçirənlər

[redaktə | mənbəni redaktə et]

15 mart 2019-cu ilə kimi olan məlumat.

Adı İllər Liqa Azərbaycan Kuboku Avropa Cəmi
1 Urfan Abbasov 2011–Cari 172 (3) 25 (0) 15 (0) 212 (3)
2 Dmitri Bezotosnı 2015–Cari 113 (0) 17 (0) 32 (0) 162 (0)
3 Luiz Paulo Hilario 2011–2016 131 (23) 15 (3) 15 (4) 161 (30)
4 Elvin Camalov 2013–Cari 107 (0) 15 (0) 12 (0) 134 (0)
5 Voyislav Stankoviç 2015–Cari 86 (1) 18 (1) 29 (1) 133 (3)
6 Viktor Mendi 2011–2015 112 (29) 13 (4) 2 (0) 127 (33)
7 Samir Zərgərov 2006–2009,2015–2016 95 (10) 18 (4) 9 (0) 122 (14)
8 Asif Məmmədov 2006–2007 və 2015–Cari 86 (10) 13+ (2+) 20 (0) 119+ (12)
9 Cavid Hüseynov 2014–2015, 2016–Cari 82 (16) 16 (2) 11 (3) 109 (21)
10 Rafael Santos 2014–2017 72 (1) 12 (0) 20 (0) 104 (1)

Komandanın heyəti

[redaktə | mənbəni redaktə et]
8 may 2023 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Azərbaycan GK Səlahət Ağayev
2 Azərbaycan DF Ilkin Qirtimov
4 Braziliya DF Ruan
5 Albaniya MF Isnik Alimi
6 İsrail MF Fares Abu Akel
7 Azərbaycan MF Rovlan Muradov
8 Ukrayna MF Andriy Stryzhak
9 Mərkəzi Afrika Respublikası MF Ayyoub Allach
10 İordaniya MF Omar Hani
11 Azərbaycan MF Asif Mammadov
12 Azərbaycan DF Rufat Ahmadov
13 Kamerun GK Christophe Atangana
14 Azərbaycan FW Ulvi Isgandarov
Nömrə Ölkə Mövqeyi Futbolçu
17 Toqo MF Yaovi Akakpo
18 Azərbaycan MF Mehrac Bakhshaly
20 Azərbaycan MF Rauf Rustamli
23 Braziliya FW Alemão
27 Azərbaycan DF Magsad Isayev
28 Azərbaycan DF Murad Musayev
33 Azərbaycan DF Huseyn Mursalov
34 Azərbaycan DF Urfan Abbasov
36 Azərbaycan GK Elmaddin Sultanov
77 Azərbaycan MF Emil Safarov
91 Braziliya FW Ramon
97 Braziliya MF Felipe
Prezident Fariz Nəcəfov
Baş nenecer Nail Kərimov
Menecer Məhəmməd Əzizli
Mətbuat katibi Anar Hacıyev
Məşqçi Heyəti
Baş məşqçi Elmar Baxşiyev
Köməkçi məşqçi Xaqani Məmmədov
Köməkci məşqçi Rasim Ramaldanov
Köməkçi məşqçi Vüqar Məmmədov
Mövsüm Forma Sponsor
2009–2010 AlmaniyaAdidas Cənubi KoreyaHyundai
2010–2011 İtaliyaLotto Cənubi KoreyaHyundai
2011–2012 İtaliyaErrea Cənubi KoreyaHyundai
2012–2013 İtaliyaErrea ABŞPepsi
2013–2015 İspaniyaJoma ABŞPepsi
2015 — cari İspaniyaJoma AzərbaycanGilan Knauf
  1. "Tale Heydərov: "Artıq mənim üçün bu vəzifədən getməyin vaxtı çatıb"". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
  2. ""Bığ Ramiz"in əhvalatından yaranan Faiq Cabbarov yazısı". stadium.az (Azerbaijani). 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
  3. 1 2 3 Amiraslanov, Telman. Рамиз Мамедов вернулся на пост главного тренера ФК «Габала». 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
  4. "Tony Adams returns to FC Gabala in Azerbaijan". bbc.co.uk. BBC. 14 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
  5. "Луис Арагон: «Пенальти в ворота «Габалы» и «Карабаха» были назначены ошибочно»". 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
  6. "Юрий Семин: «Габала» в числе 3–4 команд, которые будут бороться за чемпионство»". 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
  7. "Первая победа Габалы с Мунтяну". azerisport.com (russian). 17 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2014.
  8. "Munteanu ends his time with Gabala". gabalafc.az. Gabala FK. 9 December 2014. 15 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2014.
  9. "Roman Qriqorçuk ictimaiyyətə təqdim olundu". gabalafc.az (Azerbaijani). Gabala FK. 21 December 2014. 22 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]