Rass Cozef Kun (8 sentyabr 1975[1]) — Naurulu bir siyasətçi, Nauru Respublikasının keçmiş Daxili İşlər Naziri (2012-ci ildə),Nauru-nun UNESCO üzrə Milli Komissiyasının üzvü ( 2008-2010 və 2012-2013-cü illərdə), Nauru Respublikasının hazırki Prezidenti (29 sentyabr 2022 - 30 oktyabr 2023).[2]
Rass Kun | |
---|---|
Doğum tarixi | 8 sentyabr 1975[1] (48 yaş) |
Fəaliyyəti | siyasətçi |
demo.nauru.gov.nr/hon-ru… | |
Vikianbarda əlaqəli mediafayllar |
Kun 8 sentyabr 1975-ci ildə anadan olub. 2003 və 2004-cü illərdəki ümumi seçkilərdə nəzarətçi kimi fəaliyyət göstərib. O, 2005-ci ildə Ticarət Sənaye və Sərvətlər Nazirliyinin katibi vəzifəsini icra etmişdir. 2008-ci ildə Baş Katib, 2012-ci ildə Daxili İşlər Naziri vəzifələrini icra etmişdir. Parlamentə gəlməzdən əvvəl Ticarət, Sənaye və Ətraf Mühit Nazirliyində çalışıb. Kun həmçinin 2008-2010 və 2012-2013-cü illərdə YUNESKO üzrə Nauru Milli Komissiyasının üzvü olub. O, ilk dəfə Nauru parlamentinə 2013-cü ildə Ubenide seçki dairəsindən dörd millət vəkilindən biri olaraq seçildi. 2016, 2019 və 2022-ci illərdə yenidən seçilmişdir.