Rastoçe

Raztoçe[1], Rostoçe, Rastoçe[2] (ukr. Розточчя, pol. Roztocze) — Polşa ərazisində ensiz təpə silsiləsi. Eni 15-20 km, hündürlüyü 400 metr olan bu silsilə Ukraynanın Lvov ərazisindən başlayır və Polşa ərazisinə daxil olaraq şimal-qərbə uzanır. Nadsyan düzənliyi silsilənin cənub-qərbində, Nadbujay çökəkliyi isə şimal-şərqdə yerləşir. Bu bölgədə silsilənin hündürlüyü 100—150 metr arasında dəyişir. Şimal-qərbdə təpə Xolmsk və Lyublin yüksəkliyi ilə birləşir.

Rastoçe
ukr. Розточчя, pol. Roztocze
Ümumi məlumatlar
Mütləq hündürlüyü 400 m
Eni 20 km
Yerləşməsi
51°30′ şm. e. 20°00′ ş. u.
Ölkə  Polşa
Rastoçe xəritədə
Rastoçe
Rastoçe
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Rastoçe silsiləsi qeyri-simmetrik antikilinal hesab olunur. Geoloji baxımdan təbaşir və miosen yaşlı süxurlardan təşkil olunub. Buzlaq mənşəli relyef formaları diqqəti cəlb edir. Təpəlik ərazi meşə örtüyü ilə örtülüdür. Silsilənin cənub-qərb yamacları düzxətli, pilləkənvaridir. Şimal-qərb yamacları daha çox parçalanıb və şahid dağlar üstünlük təşkil edir. Qərb yamaclarının suları San çayının qolları olan Şklo, Vişnya və Tanvaya aiddir. Şərq yamaclarından isə Qərbi Burq, Poltva, Rata və Quçva çayları keçir. Cənubdan Vereşisa Dnestr çayına axır. Rastoçe silsiləsinin cənubundan avropanın əsas suayrıcı xətti keçir: QaraBaltik dənizlərinin hövzəsini ayırır.

Çay vadiləri geniş və bataqlaşmışdır. Vadilərin dərinliyi 50—70 metrdir. Bu baxımdan Rastoçe təpəsi əsrarəngiz eroziyaya məruz qalan alçaq dağları xatırladır. Meşəli ərazilərdə böyük yarğanlar və balkalar üstünlük təşkil edir. Eol relyef formalarının çoxluğuna görə bu bölgəni Lvov səhrası adlandırırlar. Açıq-boz və boz meşə torpaqlar geniş yayılıb.

Atmosfer yağıntıları Rastoçe ərazisində yüksəkdir (700 mm çox). Silsilənin cənub-qərb hissəsi qrunt suları ilə zəngindir. Meşələrə əsasən qarışıq tiplidir. Ərazinin 40 % meşə örtüyü ilə örtülüdür. Əkilən ərazilər 30 % təşkil edir.

  1. Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО «Картография» : Оникс, 2010. — 256 с. — ISBN 978-5-85120-295-7 (Картография). — ISBN 978-5-488-02609-4 (Оникс).
  2. Розточе // Раковник — «Ромэн». — М. : Советская энциклопедия, 1955. — С. 630. — (Большая советская энциклопедия : [в 51 т.] / гл. ред. Б. А. Введенский ; 1949—1958, т. 36).