Ratmanov adası (çuk. Имэлин, iny. Imaqliq) — Diomid adalarının tərkibinə daxil olan, Berinq boğazında yerləşən ada. Rusiya Federasiyasının ən ucqar şərq nöqtəsini təşkil edir.
Ratmanov adası | |
---|---|
çuk. Имэлин, iny. Imaqliq | |
Ümumi məlumatlar | |
Sahəsi | 29 km² |
Hündür nöqtəsi | 505 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
65°46′52″ şm. e. 169°03′25″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Adada Rusiyaya məxsus sərhəd zastavası vardır.
Rus dənizçisi Makar İvanoviç Ratmanovun şərəfinə adlandırılmışdır.
Ən hündür nöqtəsi Krışa dağıdır (505 m). Adanın mərkəzində yerləşir.
Şelf zonasının tərinliyi 43 metrdir.
Sahilləri qayalıqdır. Nisbətən şimalı dayazdır. Burada Qütb stansiyası fəaliyyət göstərir. Burada bir necə çay axır. Şimaldan cənuba 8,7 km, şərqdən qərbə isə 4,7 km təşkil edir. Çukot yarımadasından 35,68 km aralıda yerləşir. Ucqar nöqtəsi şimalda Vsadnik burnu, şərqdə Dkalistıy burnu, cənubda isə Yujnıy burnudur.
Ratmanov adasından 3,76 km aralıda Kruzenştern adası yerləşir. Ada Amerikaya məxsusdur.
İnfrasktrukturu yaxşı inkişaf etmişdir.
Adanı ilk kəşf edən avropalı Semyon Dejnyov olmuşdur. 15 aprel 1655-ci il məruzəsində bu təstiqlənmişdir[1].
1728-ci ildə adada olan Vitus Berinq onu Böyün Diomid adlandırmışdır. Dörd ildən sonra İ. Fyodrov və Mixail Qvozdov adanın xəritəsini tərtib edirlər[2]. Buna qədər yerli eskimoslar adanı İmaklik adlandırırdılar— «dənizlə əhatələnmiş»[3]. Burada Kunqa və İmaklik qəsəbələri mövcud olmuşdur. Ümumilikdə burada 400 nəfər yaşayırdı. .
1816-ci ildə rus qütb araşdırmacısı Otto Kosebu Berinq boğazını araşdırarkən səhvən adanı aşkarladığı zənn edir və onu həmkarı zabit Makar Ratmanovun şərəfinə adlandırır[4].
1916-ci ildə zəif mühafizə ilə əlaqədar adada qanunsuz amerikan faktoriyası fəaliyyət göstərmişdir. 1925-ci ilin sentyabrında adaya Sovet «Voronski» gəmisi yan alır. Bununla da amerikanlılar adanı tərk edirlər. 1941-ci ildə isə adada sərhəd zastavası təşkil edir[5].
1905-1933 illərdə yerli əhali arasında miqrasiya güclənmişdir. Soyuq Müharibə dönəmində ada əhalisi materikə köçürülür[1].
2005-ci ildə adanın ən hündür nöqtəsində pravoslav xaçı yerləşdirmişdir[6].
Bəzi zamanlarda bölgədən tunelin tikintisi planlaşdırılırdı.
Adada 11 növ dəniz quşuna rast gəlinir. Onların ümumi sayı 4 milyonu keçir[7].
Sahil ərazisində böyük Morj yerləşim yerləri vardır. Üstəlik adanın sahili Boz balinanın əsas miqrasiya yolu üzərində yerləşir[8].