Ratuşa və ya Bələdiyyə zalı (alm.Rathaus — sözün hərfi mənasında "Şura evi", pol.ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır.
Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi.