Rauf Babaxanov

Rauf Əliməmməd oğlu Babaxanov (Carçıyev) (21 dekabr 1929, Bakı4 may 1992, Bakı) — kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980).[1][2]

Rauf Babaxanov (Carçıyev)
Rauf Əliməmməd oğlu Babaxanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əliməmməd Babaxanov
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Bakı Dövlət Universiteti
Tanınır professor
Üzvlüyü Azərbaycan EA

Rauf Babaxanov 24 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. Ali təhsilini 1953-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rauf Babaxanov Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957–1959), daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. O, 1959–1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1965–1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1969–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri olub. 1969–1973-cü illərdə Əczaçılıq fakültəsinin dekanı vəzifəsini icra edib.[1][2][3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rauf Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinivə 1967-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[1][2]

Professor Rauf Babaxanovun əsas elmi tədqiqatları aromatik və tsikloparafin karbohidrogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator iştirakında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş maddələrin çevrilmə məhsullarına həsr edilib. Bu tədqiqatların əksəriyyəti onun tərəfindən ilk dəfə aparılıb.[1][2]

Rauf Babaxanov alkenilaromatik və viniltsikloheksan karbohidrogenləri əsasında bir sıra spirtlər, efirlər və xüsusilə qızılgül yağının analoqunu sintez edib. Onun rəhbərliyi ilə siannorbornen kimi bitsiklik doymamış sistemin sulfat turşusu iştirakında müxtəlif fenollar və tiofenollar arasındakı alkilləşmə reaksiyasının istiqaməti, stereo-kimyası müasir fiziki üsullarla ətraflı tədqiq edilmiş və müəyyən edilmişdir ki, reaksiya zamanı əsasən O- və C- alkilləşmə gedir və Vaqner-Meyerveyn yenidən qruplaşması baş verir.[1]

Oksiranların müxtəlif nukleofil reagentlərlə qarşılıqlı reaksiyası nəticəsində bir sıra bioloji xassəyə malik olan çoxfunksiyalı birləşmələr alınmış və onların farmakoloji sınağı nəticəsində psixotrop, sedativ, antimikrob, ürək-damar və şiş müalicəsi üçün bir sıra preparatlar aşkar edilib. O cümlədən alimin rəhbərliyi ilə sintez edilmiş birləşmələr arasında plastifikator, stabilizator və korroziyanın qarşısını alan inhibitor xassəsinə malik birləşmələr müəyyən edilib.[1]

Professor Rauf Babaxanov 200-ə yaxın əsərin, habelə 32 müəlliflik şəhadətnaməsinin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərdliyi ilə 2 elmlər doktoru və 18 fəlsəfə doktoru müdafiə edib.[1][2]

Rauf Babaxanov Qazax rayonunun Çaylı kəndinin Carçıyevlər soyunun Babaxanovlar qolundandır.

Rauf Babaxanov 1992-ci ildə Bakı şəhərində vəfat edib.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 9 "Babaxanov Rauf Əliməmməd oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "Babaxanov Rauf Əliməmməd" (Azərbaycan). ensiklopediya.gov.az. 7-3-2019 tarixində arxivləşdirilib.
  3. "Rauf Əliməmməd oğlu Babaxanov" (Azərbaycan). old.amu.edu.az. 13.5.2012 tarixində arxivləşdirilib.