Rauf Hacılı (16 yanvar 1972[1][2], Sumqayıt) — Azərbaycan şahmatçısı, beynəlxalq usta (1998). Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ikiqat qalibi (1992, 1994). Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü (1992-1999).
Rauf Hacılı | |
---|---|
| |
Ölkə | |
Doğum tarixi | 16 yanvar 1972[1][2] (52 yaş) |
Doğum yeri | |
Titulu | |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.470 (iyul 1997)[3] |
FİDE nömrəsi | 13400053 |
Rauf Hacılı 16 yanvar 1972-ci ildə Sumqayıt şəhərində anadan olub.[5] "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir.[6]
1990-cı ildə kişilər arasında keçirilmiş şahmat üzrə Azərbaycan SSR-i çempionatında 12 iştirakçı arasında on ikinci,[7] 1991-ci ildə kişilər arasında keçirilmiş şahmat üzrə Azərbaycan SSR-i çempionatında isə 12 iştirakçı arasında dördüncü olmuşdur.[8]
1992-ci ilin avqustunda Niderlandda baş tutmuş 20 yaşlılar arasında Avropa birinciliyində iştirak edib və altıncı olub.[9] Eyni ildə kişilər arasında keçirilmiş şahmat üzrə ilk Azərbaycan çempionatının qalibi olub. İki il sonra bu uğurunu yenidən təkrarlayıb.[5][10]
Rauf Hacılı 1992-1999-cu illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub. O, yığmanın heyətində Şahmat Olimpiadalarının (1994, 1998) və Avropa çempionatlarının (1997, 1999) iştirakçısı olub.[11] 2002-ci ildən aktiv şahmatdan ayrılıb.[5]
1996-cı ildən məşqçiliyə başlayan Rauf Hacılı Azərbaycanda yeni şahmat nəslinin inkişafında yaxından iştirak edib. Onun tələbələri sırasında Vüqar Həşimov, Nicat Məmmədov və Rauf Məmmədov kimi şahmatçılar var.[5]