Rauf Məmmədov (26 aprel 1988, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), üç qat Azərbaycan Şahmat Çempionatının qalibi (2004, 2006 [mənbə göstərin], 2008, 2015).
Rauf Məmmədov | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum adı | Rauf |
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Titulu | qrosmeyster (2004) |
Son reytinqi | 2654 (sentyabr 2021) |
Maksimal reytinqi | 2709 (dekabr 2017)[1] |
FİDE nömrəsi | 13401653 |
Vikianbarda əlaqəli mediafayllar |
Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub.
O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə oynamışdır.
2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri Kuzubov və Dmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür.
2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur.
2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur.
Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004[2], 2006[mənbə göstərin], 2008, 2015).
Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur.