Azərbaycan Şahmat Çempionatı — şahmat üzrə üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan çempionunu müəyyənləşdirmək üçün oynanılır. Çempionat Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilir. Çempionat, bəzi istisnalar xaricində, hər il Bakıda təşkil olunur. İlk çempionat, Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının bir hissəsi ikən, 1934-cü ildə keçirildi. Çempiyonanatlar Azərbaycan Sovet Sosialist Respublikası dövründə 1945-ci ilə qədər nizamsız olaraq keçirildi. O ildən etibarən hər il təşkil edilməyə başlandı və 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər keçirilir.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şahmat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |