Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976)[1] — Azərbaycan kinorejissoru.
Rauf Kazımovski | |
---|---|
Kazımovski Rauf Mirmahmud oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (47 yaşında) |
Uşağı | |
Atası | Mirmahmud Kazımovski |
Fəaliyyəti | rejissor |
Mükafatları |
Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur.