Rauf Pənahov

Rauf Əli oğlu Pənahov (5 iyun 1937[1], Bakı[1]20 iyul 2017[1], Bakı) — Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Dövlət qulluğunun baş müşaviri (2001–2017).

Rauf Pənahov
bayraq
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
bayraq2
12 fevral 2001 – 20 iyul 2017
bayraq
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
24 mart 1995 – 12 fevral 2001
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1937(1937-06-05)[1]
Doğum yeri
Vəfat tarixi 20 iyul 2017(2017-07-20)[1] (80 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020
Xarici video
Gözəl insan və vətəndaş Rauf Pənahov haqqında bir film

Rauf Pənahov 1937-ci il iyunun 5-də Bakı şəhərində anadan olub. 1952–1956-cı illərdə Bakı Neft Texnologiyası Texnikomunu bitirib.

1956-cı ildə "Azneftmaş"ın Kirov adına Mexaniki Təmir zavodunda texnik, çilingər, usta vəzifəsində işləməklə ilk əmək fəaliyyətinə başlamışdır. Zavodda işləməklə yanaşı istehsalatla əlaqədar olaraq, 156 saylı məktəbdə şagirdlərə əmək fənnini tədris etmişdir.

1960–1963-cü illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1963–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunu maşınqayırma texnoloqiyası fakültəsini bitirmişdir. İnstitutda oxumaqla bərabər istehsalatdan da ayrılmamış əmək fəaliyyətini Bakı Yod Zavodunda davam etdirmişdir. Zavodda baş mexanik, sex rəisi, əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində çalışaraq, 1971-ci ilə kimi əmək fəaliyyətini davam etdirmişdir.

1971-ci ildə Tikilməkdə olan Qeyri-Filiz Materialları Müəssisəsində baş mühəndis vəzifəsində çalışmışdır.

1972–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində şöbə rəisi, daha sonra isə, rəis müavini vəzifəsində işləmişdir.

1982-ildən 1991-ci ilə qədər "Bakı Baş Tikinti" idarəsində rəis müavini vəzifəsində çalışmışdır.

1991-ci ildə Əsaslı Tikinti İdarəsində rəis işləmişdir.

1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Sınaq Təcrübə və Təmir zavodunda direktor müavini işləmişdir.

1993-cü ildən 1995-ilə qədər "Savalan" Elmi-Istehsalat Müəssisəsində direktor müavini vəzifəsində işləyib.

1995-ci ilin mart ayından 2001-ci ilə qədər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının tikinti və memarlıq üzrə müavin vəzifəsində çalışmışdır.

2001-ci ilin fevral ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilmişdir. 20 iyul 2017-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rauf Pənahov ömrünün yarım əsrə yaxın hissəsini dövlət idarəciliyində müxtəlif məsul vəzifələrdə səmərəli iş fəaliyyətinə həsr edib. Bakı şəhərində sənaye müəssisələrinin, sosial-mədəni təyinatlı obyektlərin tikintisində, şəhərin inkişafı və abadlaşmasında əməyi olmuşdur.[2][3][4]

20 iyul 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəlidir, 3 övladı,6 nəvəsi,2 nəticəsi var

  • 22.06.2007 —Azərbaycan Respublikası Prezidentinin 22.06.2007-ci il tarixli 2264 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[5].
  1. 1 2 3 4 5 6 http://oxu.az/society/204501.
  2. Ensiklopedik sorgu kitabı. Bakı çıraq nəşriyyatı. 2010-cu il — 392 səhifə
  3. Vüqar Mikayıl oğlu Əhməd, Fuad Rauf oğlu Pənahov. Vətən oğlu. Bakı, "Ecoprint". 2018-ci il — 241 səhifə
  4. Vüqar Mikayıl oğlu Əhməd, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. Xalq sevdiyi insanları heç vaxt unutmur: Rauf Pənahov
  5. Azərbaycan Respublikası Prezidentinin 22.06.2007-ci il tarixli Sərəncamı