Rauf Qardaşov

Rauf Qardaşov (Qardaşov Rauf Hacı oğlu; 3 yanvar 1956, Zaqatala) — AMEA-nın müxbir üzvü,[1] fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçi, İstanbul Universitetinin professoru (1993–2007).[2]

Rauf Qardaşov
Qardaşov Rauf Hacı oğlu
Doğum tarixi (68 yaş)
Doğum yeri Zaqatala, Azərbaycan SSR
Elm sahələri okeanologiya, aerokosmik tədqiqatlar
Elmi dərəcəsi
İş yeri AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu

Rauf Qardaşov 3 yanvar 1956-cı ildə Zaqatalada anadan olmuşdur.

  • 1983-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,
  • 2000-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini almışdır.
  • 2014-ci ildə isə AMEA-nm müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

R. Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının "Kaspi" elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii Sərvətlərin Kosmik Tədqiqi İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifə-lərində işləmişdir. 1993–2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. 2008–2017-ci illərdə AMEA-nm akademik H. Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən həmin İnstitutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiridir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

R. Qardaşov okean və dənizlərin aerokosmik metodlarla tədqiqi sahəsində tanınmış alimdir. Onun əsas elmi nəticələri dalğalı dəniz səthində Günəş parıl-tılarının ölçülərinin paylanma qanununun tapılması; dəniz səthinin şüalanma qabiliyyətinin daha dəqiq qiymətinin hesablanması; dəniz səthindən Günəş və lazer şüalarının əks olunması probleminin həlli üçün "güzgü əksi nöqtələr metodu"nun işlənməsi; Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması; geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin təyini metodunun işlənməsi; neft təbəqələrinin dənizin radiasion balansına təsirinin hesablanmasıdır.

R. Qardaşov SCI-ə daxil olan "international Journal of Remote Sensing" jurnalının resenzentidir. R. Qardaşovun adı Amerikada dərc olunan "Who is Who in World " ("Dünyada kim kimdir") kataloqunun 2010-cu il buraxılışına daxil edilmişdir.

R. Qardaşov İstanbul Universitetində işlədiyi müddətdə 2 dəfə İstanbul Universitetinin "Başarılı Araştırıcı Belgesi"-ni, 3 dəfə TÜBİTAK-ın mükafatını almışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. Gardachov R. G. The probability density of the total curvature of a uniform random gaussian sea surface in the specular points. International Journal of Remote Sensing, Vol. 21, No 15, p. 2917–2926, 2000.

2. Gardashov R. H. and Eminov M. Sh. The determination of the sunglint location and its characteristics by observing from Meteosat 9 satellite. International Journal of Remote Sensing, 2015, 36:10, 2584–2598. DOI: 10.1080/01431161.2015.1042119. (ISSN: 0143–1161)

3. Gardashov R., Emecen Kara G. and Kara G. Distribution of the Sun glitter sizes on the sea surface, derived from theoretically and in situ experiments. Indian Journal of Geo-Marine Sciences, Vol. 43(4), April 2014, pp. 499–503. (ISSN: 0379–5136)

4. Гардашов Р.Г. Локация солнечного блика с геостационарного спутника, Баку, "Avropa", 2014, 180 с.

5. Gardashov R. The Distribution of Sun Glints Sizes on the Sea Surface, Open Geosciences (formerly Central European Journal of Geosciences) • 1(2) • 169–174. (ISSN: 2391–5447)

6. Gardashov R. G., Gardashova T. G. Determination of the Statistical Characteristics of the Specular Points of 3 Dimensional Gaussian Sea Surface. Izvestiya, Atmospheric and Oceanic Physics, 2009, Vol. 45, No. 5, pp. 620–628, (ISSN: 0001–4338)

7. Gardashov R. G. Determination of the Distribution Density of Specular Points on the Sea Surface. Inverse Problems in Science and Engineering, Vol. 16 No.4, pp. 447 – 460, 2008. (ISSN: 1741–5977)

8. Gardashov R. G. Determination of the Distribution Density of Specular Points on the Sea Surface: Formulation of the Inverse Problem. Izvestiya RAN, Atmospheric and Oceanic Physics. Vol.42, No 5, p. 632–636, 2006, (ISSN: 0001–4338)

9. Emecen E. G, Kara G., Erdogmus F. , Gardashov R. The determination of sunglint location on the ocean surface by observing from the geostationary satellites. Terrestrial, Atmospheric and Oceanic Sciences (TAO), Vol. 17 No.1, March 2006, pp. 253–261, (ISSN: 1017–0839)

10. Gardashova T. G., Gardashov R. G. Simulation of statistical characteristics of light refleced by sea surface. Izvestiya RAN, Atmospheric and Oceanic Physics. Vol.37, No 1, p. 66–77, 2001, (ISSN: 0001–4338)

11. Gardashov R. G., Barla M. C. The calculation of the distribution of the Sun glitter radiance on the ocean surface by observing from a geostationary orbit. International Journal of Remote Sensing, Vol. 22, No 15, p. 2939–2952, 2001, (ISSN: 0143–1161)

  1. "Qardaşov Rauf Hacı oğlu" (az.). science.gov.az. 2017. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  2. "Arxivlənmiş surət". 2017-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.