Oyars Raymonds Pauls (12 yanvar 1936[1][2], Riqa) — Latviyada, Rusiyada, postsovet ölkələrində və dünyada tanınan latviyalı bəstəkar və pianoçu.[3] O, 1988–1993-cü illərdə Latviyanın mədəniyyət naziri olub.
Raymond Pauls | |
---|---|
latış. Raimonds Pauls | |
Ümumi məlumatlar | |
Doğum adı | Ojārs Raimonds Pauls |
Doğum tarixi | 12 yanvar 1936[1][2] (88 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janrlar | caz, estrada[d], instrumental musiqi, Müzikl |
Musiqi alətləri | piano, akkordeon, royal[d] |
Üzvlüyü | |
Mükafatları |
|
raimondspauls.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Raymond Pauls şüşə üfürmə fabrikinin işçisi Voldemars Pauls və tikişçi Alma Matilde Brodelenin ikinci övladıdır. Atası Voldemars karyerasına 15 yaşında, fabrikdə atasının yanında (Raymond Paulsun babası Adolfs Pauls) işə qoşulduğu zaman başlamışdır. Həmin vaxt, Voldemarsın anası Aleksandra, mağazasına Almanı köməkçi kimi işə götürdü. 1932-ci ildə Voldemars və Alma evləndilər. Təəssüf ki, onların ilk oğlu Qunars Voldemars dörd aylıq olarkən meningitdən öldü.[4]
Raymondun atası zərb aləti, babası isə skripka çaldığı üçün Voldemars oğlunun da musiqi aləti çalmasına qərar verir. Köhnə skripkası olan Raymond Riqadakı Musiqi İnstitutunun uşaq bağçası bölməsinə daxil olur. Müəllimlər onun çox gənc olduğuna və skripka çalmaq üçün "barmaqlarının yararsız olduğuna" qərar verdikləri üçün Raymond fortepiano dərslərinə başlayır.
1943-cü ildə Raymond Riqanın 7-ci İbtidai məktəbində təhsilə başladı, paralel olaraq o, professor Valeriys Zosts və müəllimlər Emma Eqlite və Yuta Dauqule ilə fortepiano dərslərinə davam etdi.
1946-cı ildə Raymond Emils Darzinş Orta Musiqi Məktəbinə qəbul edildi və üç il müddətinə buradakı təhsilini ibtidai məktəbdəki təhsili ilə paralel davam etdirməli oldu. 14 yaşında Raymond restoran və klublarda skripka və saksofon virtuozu Qunars Kuşkis ilə pianoda ifa təcrübəsi qazandı. 1949-cu ildə o, Riqanın 7-ci ibtidai məktəbində təhsilini başa vurdu. Həmin vaxt o artıq müstəqil olaraq müxtəlif caz bəstələrini öyrənmiş və onları təqlid edərək öz caz ifaçılığını inkişaf etdirmişdi.[5]
Raymond Pauls Latviya SSR Ali Sovetinin üzvü olub və 1988–1993-cü illərdə Latviya hökumətində mədəniyyət naziri vəzifəsində çalışıb. 1993-cü ildə Latviya prezidentinin müşaviri olub. 1998-ci ildə o, Yeni Partiyanın lideri qismində Latviya parlamentinin, Seymin üzvü seçilib.[10] 2002-ci il seçkiləri öncəsi Xalq Partiyasına üzv olub, 2002 və 2006-cı illərdə partiya siyahısı ilə seçilib. Pauls 1999-cu il prezident seçkilərində iştirak etdi və ən çox səs topladı, lakin bu, lazımi səs çoxluğundan aşağı idi. O, vəzifədən imtina etməyi seçdi.