Kinşasa

Kinşasa (ing. Kinshasa; 1966-dək Leopoldvil) — Konqo Demokratik Respublikasının paytaxtı və ən böyük şəhəri. Şəhər Konqo çayının sahilində, Konqo Respublikasının paytaxtı Brazzavil şəhəri ilə üzbəüz yerləşir. Əhalisi 2014-cü ilin hesablamalarına görə 10.125.000 nəfərdir. Ərazisinin 60%-i az məskunlaşmış kənd yerləri olsa da, inzibati bölgüyə əsasən şəhərə aid edilir.

Kinşasa
Kinshasa
Bayraq Gerb
Bayraq Gerb
4°19′19″ c. e. 15°18′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1881
Sahəsi
  • 9.965 ± 1 km²
Mərkəzin hündürlüyü 240 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11.855.000 nəf. (2016)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 0987-
Digər
kinshasa.cd
Xəritəni göstər/gizlə
Kinşasa xəritədə
Kinşasa
Kinşasa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kinşasa QahirəLaqosdan sonra Afrikanın üçüncü ən böyük şəhəri hesab olunur.

Kinşasa şəhərinin əsası 1881-ci ildə Afrikanın məşhur tədqiqatçılarından sayılan Henri Morton Stenli tərəfindən ticarət məntəqəsi kimi qoyulmuşdur. Şəhər indiki Konqo Demokratik Respublikasının böyük hissəsinə sahib olan Belçikanın kralı II Leopoldun şərəfinə Leopoldvil adlandırıldı. Şəhər Konqo çayı üzərində Livinqston şəlalələrindən yuxarıda yerləşən ilk gəmi limanı oldu ki, bu da onun inkişafında böyük rola malik idi.

1960-cı ildə Belçika Konqosu Belçikadan müstəqillik qazandı, 1965-ci ildə isə dövlət çevrilişi nəticəsində Mobutu Sese Seko hakimiyyətə gəldi. Onun apardığı afrikalaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, onun ərazisindəki Kinşasa kəndinin adı şəhərə verildi.

1974-cü ildə boks üzrə dünya çempionu adı uğrunda dövrün ən məşhur boksçuları — Məhəmməd ƏliCorc Formen arasındakı qarşılaşma Kinşasada keçirilmişdir. "Cunqlidə gurultu" adını almış bu qarşılaşmada Məhəmməd Əli qalib gələrək ağır çəkidə dünya çempionu adını geri qaytarmışdı.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 archINFORM (alm.). 1994.
  2. http://www.demographia.com/db-worldua.pdf.