Razdelnı — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir.
Razdelnı adası | |
---|---|
rus. Раздельный | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 4 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°39′39″ şm. e. 98°05′21″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 1,65 km şərqdə yerləşir. Razdelnıy adasından 500 m şimal Lopastnoy adası, 2,5 km cənub-qərbdə Ozyornı və Qlinistı adaları yerləşir.
Adanın uzunluğu 1,8 km, eni 820 m təşkil edir. Sahillərində çoxlu dayda burun və körfəzlər vardır. Adanın cənubunda şirinsulu gölə sahibdir. Seçilən yüksəklik yoxdur. Maksimal hündürlük 4 metrdir. Qərbində geodeziya məntəqəsi yerləşir.
Ada 1930-1931-ci illərdə SSRİ ekspedisiyaçıları Georgi Uşakov və Nikolay Urvansev tərəfindən səhvən Komsomoles adasının bir yarımadası olaraq kəşf edilmişdir[1]. Yarımada bildikləri adanın şərq qutaracağını Unşlixt burnu adlandırırlar. Burun sovet siyasi xadimi İosif Stanislavoviç Unşlixtin şərəfinə adlandırılır. Sonradan buruna Lüksemburq Qızılgülü burnu adı verilir[2]. Sonrakı kartoqrafik işlər sayəsində Uşakovun kəşf etdiyi yarımadanın əslində ada olması müəyyənləşir.