Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Razil Vəliyev (azərb. Razil İsmayıl oğlu Vəliyev; d. 4 yanvar 1947, Tatarıstan,Nijnekamsk) – Xalq şairi Tatarıstan Respublikası Dövlət Şurası Rəyasət Heyətinin üzvü, Dövlət Şurasının Təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə Komitə başqanı, Tatarıstan Respublikası Milli Kitabxanası Qəyyumlar Şurasının başçısı, "Yeni əsr Teleradio Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında və "TatMedia" ASC-nin Direktorlar Şurasında Tatarıstan Respublikası Dövlət Şurasının nümayəndəsi, "Tatarıstan Respublikası Tarix və Mədəniyyət abidələrinin yenidən qurulması üzrə Respublika Fondu" Qəyyumlar Şurasının üzvü, Tatarıstan Respublikası Prezidenti yanında Soydaşlarla iş üzrə Əlaqələndirmə Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü[1].
Razil Vəliyev | |
---|---|
Razil İsmayıl oğlu Vəliyev | |
1990 – 1995 | |
1995 – 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tatarıstan |
Vətəndaşlığı | Rusiya |
Təhsili | Kazan Federal Universiteti |
İxtisası | jurnalistika fakültəsi |
4 yanvar 1947-ci ildə Tatarıstanın Nijnekamsk (keçmiş Şeremetyev) rayonunun Taşlık kəndində doğulmuşdur. 1965–1967-ci illərdə Kazan Federal Universitetinin Jurnalistika fakültəsində oxumuşdur.
1967 (may-iyul) "Kazan odları" jurnalının ədəbi əməkdaşı olmuşdur. 1967–1972-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1976-cı ildən indiyə kimi "Yalkın" jurnalı Redaksiya heyətinin üzvüdür. 1981-ci ildən indiyə kimi Tatarıstan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür. 1981–1986-cı illərdə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olmuşdur. 1981–1986-cı illərdə Yar Çallı (Naberejnıe Çelnı) şəhər Şurasının deputatı olmuşdur. 1986–1995-ci illərdə Kazan şəhər Şurasının deputatı olmuşdur. 1986–2000-ci illərdə Tatarıstan Respublikasının Milli Kitabxanasının direktoru olmuşdur. Milli-mədəni məsələlər üzrə ünlü ziyalı, tatar dilinin latın qrafikalı əlifbaya keçirilməsinin ardıcıl tərəfdarıdır. Tarix elmləri namizədi, Rusiya Humanitar Elmlər Akademiyasının akademiki, "Avropa-Asiya" Uluslararası Humanitar Akademiyasının həqiqi üzvü, İctimai Elmlər Uluslararası Akademiyasının müxbir üzvü, Tatarıstan Respublikası Elmlər Akademiyası Rəyasət Heyətinin üzvüdür. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisidir.
1990–1995-ci illərdə Tatarıstan Ali Sovetinin deputatı, Tatarıstan Respublikası Dövlət Şurasının I (1995–1999), II (1999–2004), III (2004–2009), IV (2009–2014) çağırışlarının deputatı seçilmişdir. "PEN Klub" Uluslararası Yazarlar Təşkilatının Tatarıstan "PEN Mərkəzi"nin prezidenti, Ümumdünya Tatar Konqresi Yürütmə Kurulunun üzvü, Tatarıstan Respublikası Dövlət ödülünün verilməsi üzrə Komissiyanın üzvüdür. "Tatarıstan – Yeni Əsr" Respublika ictimai hərəkatı siyasi şurasının üzvü, Tatar dili və mədəniyyətinin inkişafı və qorunması üzrə İctimai Birliyinin – "Jıen" Fondunun başqanıdır. Tatarıstan Respublikası Prezidenti yanında Heraldika Şurasının üzvüdür. Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının üzvüdür. Tatarıstan Respublikası Dövlət Şurası Deputatlarının Etika Komissiyasının üzvüdür. Nijnekamsk şəhərinin fəxri vətəndaşıdır. İnquşetiya Respublikasının Əməkdar incəsənət xadimidir. Tatarıstan Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir (2016).
2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən nəşrə hazırlanan "Payız yağmurları" adlı şeirlər kitabı "XAN" Nəşriyyatında gün üzü görmüşdür."Payız yağmurları"nın layihə rəhbəri, baş redaktoru Əkbər Qoşalı, şeirləri Azərbaycancaya uyğunlaşdıran dr. Həyat Şəmidir. Kitaba dos.dr. Şəmil Sadiq önsöz yazmışdır[1][2].