Real Madrid Futbol Klubu — İspaniyanın Madrid şəhərində yerləşən və İspaniyanın ən böyük futbol liqası olan La Liqada çempionat yarandığından bəri mübarizə aparan bir futbol klubudur.
Yarandığı gündən bəri klubun 16 fərqli prezidenti olub. Məhdud məsuliyyətli cəmiyyət olan klub Real Madrid FK-nın üzvlərinə məxsusdur və səsvermə yolu ilə prezident seçilir. Oyunçular və işçilərlə rəsmi olaraq müqavilələr imzalamaq da daxil olmaqla klubun ümumi rəhbərliyində prezidentin məsuliyyəti var. İspaniyada prezidentin rəqib komandanın prezidenti ilə birlikdə əsas komandanın iştirak etdiyi oyunları izləməsi adətdir.
Yarandığı gündən bəri Real Madrid, əksər Avropa futbol klublarından fərqli olaraq yalnız cəmiyyətlər adlanan üzvlərinə (hamısı ispanlardan ibarət olan) məxsusdur və onlar tərəfindən idarə olunur.
Santyaqo Bernabeu klubun ən uzun müddət işləyən prezidenti olaraq qalır (35 ilə yaxın, 1943–1978-ci illərdə). Bundan əlavə, Bernabeunun prezidentliyi dövründə klub ən çox kubok qazandı (32). 2000-ci ilin iyul ayında keçmiş futbolçusu Alfredo Di Stefano klubun fəxri prezidenti təyin edildi (ölümünə qədər).
Adı | Əvvəl | Son | İl |
---|---|---|---|
Xulian Palasios | 1900 | 6 mart 1902 | 2 il, 125 gün |
Xuan Padros | 6 mart 1902 | yanvar 1904 | 1 il, 301 gün |
Karlos Padros | yanvar 1904 | 1908 | 4 il |
Adolfo Melendez | 1908 | iyul 1916 | 8 il, 152 gün |
Pedro Paraxez | iyul 1916 | 16 May 1926 | 9 il, 349 gün |
Luis de Urkixo | 16 may 1926 | 1930 | 3 il, 230 gün |
Luis Usera Buqallal | 1930 | 31 may 1935 | 5 il, 150 gün |
Rafael Sançez Qerra | 31 may 1935 | 4 avqust 1936 | 1 il, 65 gün |
Adolfo Melendez | 4 avqust 1936 | 27 noyabr 1940 | 4 il, 115 gün |
Antonio Santos Peralba | 27 noyabr 1940 | 11 sentyabr 1943 | 2 il, 288 gün |
Santyaqo Bernabeu | 11 sentyabr 1943 | 2 iyun 1978 | 34 il, 264 gün |
Luis de Karlos | sentyabr 1978 | 24 may 1985 | 6 il, 265 gün |
Ramon Mendoza | 24 may 1985 | 26 noyabr 1995 | 10 il, 186 gün |
Lorenzo Sanz | 26 noyabr 1995 | 16 iyul 2000 | 4 il, 203 gün |
Florentino Peres | 16 iyul 2000 | 27 fevral 2006 | 5 il, 226 gün |
Ramon Kalderon | 2 iyul 2006 | 16 yanvar 2009 | 2 il, 198 gün |
Visente Boluda | 16 yanvar 2009 | 31 may 2009 | 125 gün |
Florentino Peres | 1 iyun 2009 | indiyədək | 11 il, 290 gün |
Adı | Təyin edildi |
---|---|
Karlos Padros | 1908[1] |
Adolfo Melendez | 1913[2] |
XIII Alfonso | 29 iyun 1920[3] |
Santyaqo Bernabeu | 27 may 1948[4] |
Alfredo Di Stefano | 5 noyabr 2000[5] |
Fransisko Xento | 2016[6] |