Ye-Ye (Real Madrid FK)

Ye-Yenin kapitanı Amansio Amaro
Heyzel stadionunda Partizan Belqradla qarşılaşdıqları 1965–66-cı illər mövsümü Avropa Kubokunun finalı

Ye-Ye komandası — 1960-cı illərdə İspaniya futbolunda hegemonluq edən Real Madridin ispan oyunçularının nəslinə verilən ad idi. 1950-ci illərdə komandanın kapitanı əvvəllər 5 dəfə Avropa Kubokunu qazanan veteran oyunçu Fransisko Xento, sonra isə Alfredo Di Stefano oldu. Bu iki əfsanəvi futbolçunun kapitanlıq etdiyi heyətə gənc və istedadlı oyunçular daxil idi: Xose Arakistayn, Paçin, Pedro De Felipe, Manuel Sançiz Martinez, Pirri, İqnasio Soko, Fernando Serena, Amansio Amaro, Ramon Qrosso, Manuel Velazkez, Felo. Bu gənc oyunçu qrupu əvvəlki nəsildən daha uzun saçlarına görə fərqləndiyi üçün onlara bəzən hippi də deyilirdi.

Ye-ye adı Bitlz qrupunun "She Loves You" (O səni sevir) mahnısındakı "Yeah, yeah, yeah" (Bəli, bəli, bəli) kəlmələrinin qısaltmasıdır, komandanın dörd üzvü Bitlzi təqlid edərək Marcaya məhz belə poza verdiyinə görə heyət sonralar belə adlandırıldı. Ye-ye Bitlomaniyanın dünyanın dörd bir tərəfini tutduğu dövrdə — altmışlı illərdə İspaniyada gənclərin adlandırıldığı və İspaniyada həmin on ildə məşhur olan bir musiqi tərzi idi.

Komandanın yenilənməsi 1959-cu ildə Miqel Munyosun Real Madridin baş məşqçisi təyin olunmasından sonra başladı. O, futbolçu kimi Real Madridin 19561957-ci illərdə Avropa Kubokunu qazandığı heyətə kapitanlıq etmişdi. Oynadığı komanda Real Madridin ala biləcəyi ən yaxşı xarici istedadlarla quruldu. Real Madridin məşqçisi kimi qurduğu komanda isə tamamilə ispan futbolçularından ibarət idi. Onlar La Liqada dominantlıq etməyə başladılar, 9 dəfə ölkə çempionu olmağı bacardılar. Üstəlik bu çempionluqların 5-i ardıcıl idi. 1966-cı ildəki turnirdə Brüsseldəki Heyzel stadionunda Partizan Belqradı sonradan geri dönüş edərək 2–1 hesabı ilə məğlub edərək Avropa Kubokunu qazandılar.