Regional Rouminq Müqaviləsi, formal olaraq "Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə" (ing. Agreement on the price reduction of the roaming services in public mobile communications networks in the Western Balkans region) ― Qərbi Balkan ölkələrində rouminq ödənişlərinin tətbiqini tənzimləyən hüquqi vasitə. Ölkələrin siyahısında Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya yer alırlar. Razılaşma mobil əlaqə şəbəkəsi operatorlarının şəbəkə üzvü olan ölkənin xaricində telefon və məlumat göndərmə xidmətlərindən istifadə etdikləri üçün abunəçilərindən ala biləcəkləri həm rüsumu əhatə etməyə, həm də topdansatış tariflər şəbəkələrinə abunəçilərin onlara məxsus şəbəkələrə girmələri üçün bir-birlərindən ödəniş tələb etmələrinə şərait yaradır.
Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu il tarixindən etibarən qüvvəyə mindi. 1 iyul 2021-ci ildən etibarən bütün tariflər ləğv olunmalıdır. Ötürülən zənglər orta hesabla 65%? məlumat ötürmə qiymətləri isə 78% düşdü.[1]
Qərbi Balkandan olan iqtisadiyyat nümayəndələri, Regional Əməkdaşlıq Şurası (ing. Regional Cooperation Council və ya RCC) tərəfindən təşkil edilən Qərbi Balkan Rouminq Siyasəti iclasında yeni Regional Rouminq Sazişini (RRA) müzakirə etmək üçün 14 dekabr 2018-ci il tarixində Brüssel şəhərində toplandılar.[2]
4 aprel 2019-cu il tarixində Belqradda keçirilən 2-ci Qərbi Balkan Rəqəmsal Sammitində Qərbi Balkan Telekomunikasiya Nazirləri bölgədəki bütün rouminq xərclərinin tədricən aradan qaldırmağa yönələn müqavilə imzaladılar. Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu ildən qüvvəyə mindi və 1 iyul 2021-ci ildən etibarən “Evsayağı rouminq” (ing. “Roam like at Home”) konsepsiyası altında bütün tariflər aradan qaldırılmalıdır.[3]
Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə Qərbi Balkan ölkələrində tətbiq olunur:
Regional Əməkdaşlıq Şurasının Baş katibi Maylinda Brequ və Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə Avropa Komissarı Mariya Qabriel 18 fevral 2019-cu il tarixində Skopyed şəhərində Qərbi Balkan üçün yeni Regional Rouminq Sazişini (RRA2) müzakirə etdilər. Komissar Qabriel təsdiqlədi ki, Qərbi Balkan dövlətləri arasında rouminq qiymətləri ilə bağlı yeni bir razılığa gəldikdə, AB tarifləri 2019-cu ilin iyul ayından etibarən endirməyə hazırdır.[4]
1 iyul 2019 | 1 iyul 2021 | |
---|---|---|
Yönlənən zənglər | 0.19 | ev şəbəkəsinin yerli tarifi |
Yönlənən mətn mesajları | 0.06 | ev şəbəkəsinin yerli tarifi |
Məlumat ötürülməsi | 0.025 | ev şəbəkəsinin yerli tarifi |