Ren Çjenfey

Ren Çjenfey (25 oktyabr 1944[1]) — Çin Xalq Azadlıq Ordusunun keçmiş zabiti, dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Huawei Technologies Co LTD-nin qurucusu və prezidenti. 2005-ci ildə "Time Magazine" jurnalı Ren Çjenfeyni "İlin ən nüfuzlu 100 adamı" siyahısına salmışdı.[2]

Ren Çjenfey
çin. 任正非
Doğum tarixi 25 oktyabr 1944(1944-10-25)[1] (79 yaş)
Fəaliyyəti sahibkar, iş adamı
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2018-ci ilin sentyabr ayın üçun, onun sərvəti 1,2 milyard dollar olaraq qiymətləndirildi.

Renin babası əslən Çinin Szyansu əyalətindən idi və qonşu Çjetszyan əyalətində qida istehsalı ilə məşğul idi. Oğlu Ren Mosun 30-cu illərdə iqtisadiyyat sahəsində təhsil almağa başlayır , lakin atasının ölümü səbəbiylə universitetdə təhsilini yarımçıq saxlamalı olur.[3] Yapon işğalı dövründə Ren Mosun Homindan hökumətinin nəzarətində olan ərazidə bir hərbi fabrikdə mühasib işləmək üçun Quançjouya köçur. Bundan sonra bir məktəbdə müəllim işləyir, burada Ren Çjenfeynin gələcək anası və eyni məktəbdə müəllimi işləyən Cheng Yuanzhao ilə tanış olur. 1949-cu ildə Çin Xalq Respublikasının elan edilməsindən sonra, Ren Mosun Duyun əyalətindəki 1 nömrəli orta məktəbin rəhbəri təyin edilir.[4]

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Ren Çjenfey 25 oktyabr 1944-cü ildə Quyçjou əyalətindəki ucqar bir dağ mahalında anadan olub. Orta məktəbin ilk siniflərinə Çjennyin əyalətində gedib. Daha sonra valideynləri ilə birlikdə Duyun əyalətinə köçur və orta məktəbi burada bitirir. İbtidai və orta məktəbdə Ren sakit və digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkən bir uşaq olur. Buna görədə onu, kollektivizm ruhu yetərincə inkişaf etmədiyini səbəb kimi göstərərək, komsomol üzvlüyünə qəbul edilməsinə razılıq vermirlər.[3]

Tələbəlik illəri

[redaktə | mənbəni redaktə et]

1963-cü ildə Ren, Çuntsində İnşaat və Memarlıq İnstitutuna daxil olur. Çin Mədəni İnqilabı dövründə institutu bitirdikdən sonra heç bir yerə işə getmir və müstəqil olaraq Şanxay Fəhlə Universitetinin (Workers' University of Shanghai) dərsliklərindən elektronikanı öyrənməyə başlayır. Daha sonra, 1974-cü ildə Xian Rabitə Universitetində kurslara yazılır. Bu müddətdə Çinin kompüter sahəində pioneri olan və ABŞ-da olmuş az sayda Çinli alimdən biri olan Jikangın mühazirələrinə qatılır. Mühazirə zamanı kompüterin nə olduğu və onun menecmentdə necə istifadə edilə biləcəyi izah edilir. Sonralar Ren Çjenfeynin özünün dediyinə görə, iki saat davam edən mühazirədən bir kəlmə də başa düşməyib, lakin bu, onun kompüter texnologiyasına olan marağını artırdı.

Ordu karyerası

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Ren Çjenfey Liaoyangda İnşaat Mühəndisliyi Korpusuna qoşuldu və Renin özünə görə, onun orduya girməsi böyük ölçüdə təsadüfi idi. Bu zaman Çində sintetik parçaların kəskin çatışmazlığı yaşanırdı və hökumət, Çinin şimalında Fransız avadanlıqlarından istifadə edərək onların istehsalı üçün bir zavod tikməyə qərar verdi. Bu yerdə işləmək istəyənlər olmadığından tikinti ordunun əmrinə verildi və bu da Çin universitetlərinin məzunlarını avadanlıq quraşdırmağa cəlb etdi. Daha sonra, artıq hərbi mühəndis olaraq Ren Çin Xalq Qurtuluş Ordusunun (PLA) Tədqiqat İnstitutunun informasiya texnologiyaları şöbəsinə daxil oldu.[5] Xidmətdəki uğurlarına görə 1978-ci ildə Milli Elmi Konfransa və 1982-ci ildə Çin Kommunist Partiyasının XII Qurultayına qatılmaq üçün PLA-dan nümayəndə seçildi. 1983-cü ildə İnşaat Mühəndisliyi Qoşunlarının dağılmasından sonra və Təxminən 500.000 insanı təsir edən PLA'daki genişmiqyaslı azalmadan sonra Ren Çjenfey təqaüdə çıxdı.

Huawei-nin yaradılması

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə artıq vətəndaş kimi Ren Şençjen şəhərinə köçur və Cənubi Dəniz Neft Korporasiyasının maddi-texniki bazasında işləməyə başlayır. 1987-ci ildə Şençjen Bələdiyyə İdarəsi, insanların özəl yüksək texnoloji şirkətlər qurmasına icazə verən 18 saylı Fərman çıxardır.[6] Həmin il Ren Çjenfey 43 yaşında, Huawei Technologies Co. Ltd şirkətini qurur və əvvəllər Hong Kongdan telekommunikasiya avadanlıqlarının kiçik miqyaslı topdansatış təchizatı ilə məşğul olur. Şirkətin başlanğıc kapitalı 21.000 yuan idi və bu o zaman təxminən 5.000 ABŞ dollarına bərabər idi. Şençjen Bələdiyyəsi tərəfindən özəl bir şirkətin qeydiyyatı üçün tələb olunan minimum nizamnamə kapitalı 20.000 yuan idi. Bundan əlavə, ən azı beş təsisçi səhmdar tələb olunurdu. Bu tələbə görə və Ren Çjenfeynin özündə cəmi 3000 yuanın olduğunu nəzərə alaraq, şirkətin yaradılması üçün əlavə beş şərik tapmalı olur.[3]

Yarandığı gündən bu günə qədər onun rəhbərliyi altında Huawei, 2017-ci ildə illik gəliri 92,5 milyard dollar[7], tədqiqat və inkişafa illik investisiya qoyuluşu isə 13,8 milyard dollara çatan dünyanın ən böyük telekommunikasiya şirkətlərindən birinə çevrilir.

1988-ci ildə Ren Çjenfey, "Huawei"nin baş direktoru olur və bu vaxtdan bəri bu vəzifəni icra edir.[8]

Ren Çjenfey "Huawei"nin ən böyük səhmdarı olmasına baxmayaraq, onun payı yalnız 1,42%-dir.[9] Qalan səhmlər Huawei-nin 80.000 işçisi arasında bölüşdürülür, xarici səhmdarlar isə nizamnamədə nəzərdə tutulmayıb.[3]

  1. 1 2 Ren Zhengfei // Munzinger Personen (alm.).
  2. Matthew Forney. The 2005 TIME 100 - TIME // Time (magazine) (ingilis). 2005-04-18. ISSN 0040-781X.
  3. 1 2 3 4 Тянь Тао, Давид де Кремер, У Чуньбо. Huawei: Лидерство, корпоративная культура, открытость (Библиотека Сбербанка. Т. 71). Москва: Олимп-Бизнес. 2017. ISBN 978-5-9909052-0-7.
  4. Dan Steinbock. THE CASE FOR HUAWEI IN AMERICA // -. 31.
  5. "the economist". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.
  6. Meeting Minutes: "An Insight, An Idea with Ren Çjenfey" Session // People. Mark Allen Group. 2015. 1—7.
  7. "Huawei achieves annual revenue of $92.5 bn | DigiAnalysys". 2018-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.
  8. Huawei Investment & Holding Co., Ltd. 199.
  9. "Analysis — Who really owns Huawei". 2010-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.