Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999[1][2], Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycan və Almaniya futbolçusu, Isvəçre "Grasshoppers Club Zurich" klubunun hücumçusu.
Renat Dadaşov | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Renat Dadashov | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Renat Oleq oğlu Dadaşov | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 186.2 | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 81 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Grasshoppers Club Zurich | ||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 27 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Milliyəti ləzgi[3][4]. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür.
19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı.[5] O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir.[6]
11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı.[7] O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı.[8] Həmin matçda Eştoril rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdi. İlk qolunu isə həmin ilin 18 avqustunda vurdu.
6 avqust 2019-cu ildə Dadaşov ingilis klublarından "Vulverhempton Vonderers"ə transfer olub. O, bu klubla 4 illik müqavilə imzalayıb. 10 yanvar 2020-ci ildƏ Vulverhemton U-23-ün heyətində Premyer Liqa 2 turnirinin 1-ci Divizionunda Blekbörn U-23-ə qarşı oyunda 86 dəqiqə oyun keçirdi və bu onun üçün debüt oldu.[9][10] Bir neçə gün sonra Vulverhpton Tivideyl ilə yoxlama matçı keçirdi və 6:0 qələbə qazandı. Renat bu matçda dubl etməklə diqqət mərkəzinə düşdü.[11]
Vulverhempton daha sonra Renatı dərhal Portuqaliyanın digər klubu "Pasuş de Ferreyra"ya bir mövsümlük icarəyə verib.[12][13]
Almaniyada azərbaycanlı ailəsində dünyaya göz açan Renatın iki millidə də oynamaq imkanı var idi. O, 2014-cü ildə qısa müddətdə Azərbaycanın U16 yaş qrupu üzrə millisində çıxış edib. O, sonradan U16 yaş qrupu üzrə millisinə dəvət alıb. O, ümidləri doğrultdu və 6 matçda 4 qol vurdu. 2015-ci ilin sentyabrında Almaniyanın U17 yaş qrupu üzrə millisində debüt edən Dadaşov millidə 15 matçda 13 qol vurması ilə diqqətləri özünə cəlb etdi. O hətta milliylə 2016-cı ildə 17 yaşlı oğlanlar arasında Avropa çempionatında yarı finala qədər irəlilədi.
2017-ci ilin əvvəlində AFFA tərəfindən Renatın Azərbaycan millisində oynayacağı ictimaiyyətə elan olundu. Almaniyanın Bild dərgisinin bildirdiyinə görə, Renat Dadaşov 1 milyon dollar pul müqabilində Azərbaycan yığmasında oynamağa razı olub. Bundan başqa futbolçuya həm də ev verilib.[14] Lakin AFFA-nın baş katibi Elxan Məmmədov Renat Dadaşova yığmada oynaması üçün federasiya tərəfindən pul və ev verilməsi xəbərini inkar edib.[15] Renat həmin ilin sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino millisi ilə matçda debüt edib.[16]