Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən).
Renat Məhəmmədi | |
---|---|
Rinat Möhammadiyev | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ |
Milliyyəti | tatar |
Fəaliyyəti | yazıçı, filosof |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır.
Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır.
Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur. Tatarıstan yazıçılarının XI qurultayında (1989) cəmiyyət idarəsi tərəfindən rəhbər seçilmişdir. Renat Məhəmmədi bu günə qədər Moskvada Xalq-ara Yazıçılar Birliyinin rəhbərliyi vəzifəsini icra etməkdə, Moskvada çıxan “Tatar dünyası” deyilən ictimai-siyasi qəzetin baş redaktoru vəzifələrini icra etməkdədir. 1979-cu ildə SSRİ Yazıçılar Birliyinə üzv oldu. 1980-ci ildə Tatar Kitab Nəşriyyat Evinə daxil olaraq partiya komitəsinin rəhbəri oldu, 1986-cı ildə bu nəşriyyata rəhbərlik etdi və 1989-cu ilə qədər bu vəzifəni tutdu. 1989-cu ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (sonradan Tatarıstan Respublikası) Yazıçılar Birliyinin idarə heyətinin sədri oldu və 1999-cu ilə qədər bu vəzifəni tutdu. 1990-cı ildə RSFSR Ali Şurasının Mədəniyyət və Milli Məsələlər üzrə Daimi Komissiyasına rəhbərlik edərək Ali Şuranın dağılmasından sonra 1993-cü ilin sonunda bu vəzifələri yerinə yetirməkdən vaz keçdi. 1995-1999-cu illərdə Tatarıstan Dövlət Şurasının deputatı olub. 2000-ci ildə Moskvadakı Beynəlxalq Yazı İttifaqları Birliyinin sədr müavini olaraq Moskvaya köçdü; 2005-ci ildən Tatar Dünyası qəzetinin baş redaktorudur.
Əsərləri rusca və tatarcadır: Tatarca:
Rusca:
Türkcəyə tərcümə edilən əsərləri: