Resident Evil 3: Nemesis — Resident Evil oyunlar seriyasından olan sayca 3-cü oyundur. 1999-cu ildə PlayStation, 2001-ci ildə isə Windows üçün buraxılmışdır. Oyunu Capcom və Virgin Interactive şirkətləri istehsal etmişlər. 31 dekabr 2007-ci il tarixinə olan məlumata görə oyunun 3.5 milyon nüsxəsi satılmışdır.
Resident Evil 3: Nemesis | |
---|---|
Hazırlayanlar | Capcom |
Yayımlayanlar | Capcom |
Buraxılış tarixləri | 22 sentyabr 1999 |
Janr | survival horror |
Texniki məlumat | |
Platforma | PlayStation 3, Microsoft Windows[1], PlayStation[1], Dreamcast[1] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | yapon dili, italyan dili, fransız dili, ispan dili, alman dili, ingilis dili |
Daşıyıcı | optik disk |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunda hadisələr Resident evil 2-dəki hadisələrdən bir gün əvvəl və bir gün sonra baş verir. Oyunun baş qəhrəmanı Cill Valentayn, onun yardımçısı isə latınamerikalı Karlos Oliveyradır. Resident evil 1-dəki hadisələrdən sonra virus kollektora düşür, oradan da siçovullar vasitəsilə bütün şəhərə yayılır. Nəticədə şəhər əhalisi zombiyə çevrilir. Bundan sonra Cill Avropaya yollanmalı olsa da, bunu bacarmır və təkbaşına şəhərdə zombilərlə savaşmalı olur. Üstəlik onun qarşısında virusun törəməsi olan dəhşətli silah-Nemezida durur...
Oyunun əsasında 2004-cü ildə Şərin sakini:Apokalipsis (Resident evil:Apocalypse) filmi də çəkilmişdir (baş rolda Milla Yovoviç).
Oyunda 12 növ silaha rast gəlmək olar.
Oyunu tam keçdikdən sonra epiloq açılır və hansısa bir personajın hadisələrdən sonrakı həyatından bəhs olunur. Ümümilikdə cəmi 8 sonluq mövcuddur və onların hamısının açılması üçün oyunu 8 dəfə keçmək lazımdır.