Retinopatiya — görmə qabiliyyətinin pozulmasına səbəb ola bilən gözün torlu qişasının hər hansı zədələnməsi.[3] Damar patologiyaların nəticəsi olan torlu qişanın qanlanmasının pozulması buna əsas səbəb ola bilər.[4]
Ретинопатия | |
---|---|
XBT-10 | H -H |
XBT-10-KM | H35.9 |
XBT-9 | - |
XBT-9-KM | 362.9[1][2], 362.89[2] |
OMIM | 162080 |
MeSH | D012164 |
Vikianbarda əlaqəli mediafayllar |
Retinopatiya çox vaxt hipertoniya, şəkərli diabet və digər sistem xəstəliklərinin ağırlaşması nəticəsində baş verir.
Retinopatiyanın inkişafı görmə qabiliyyətinin pisləşməsinə və ya tam itməsinə səbəb olur. Xəstəlik dünya üzrə korluğun təxminən 5%-ni təşkil edir və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet göz xəstəliyi kimi təyin edilmişdir.[5]
Bir çox insanlarda xəstəlik simptomsuz keçir. Simptomlar ümumiyyətlə ağrısızdır və aşağıdakıları əhatə edir:
Göz müayinəsi zamanı retinopatiya oftalmoloq və ya optometrist tərəfindən müəyyən edilir. Bu diaqnozu qoymaq üçün klinisist gözün arxasındakı retinanı yoxlamalıdır. Retinanı öyrənməyin bir neçə yolu var. Klinisist işıq altında göz bəbəyinə baxaraq birbaşa retinaya baxa bilər. Əksər hallarda həkim vizualizasiyanı yaxşılaşdırmaq üçün göz bəbəyini genişləndirir.[6]
Göz dibinin stereoskopik fotoşəkili retinopatiya diaqnozu üçün qızıl standartdır.
Lazer fotokoaqulyasiya terapiyası bir çox retinopatiya növləri üçün standart müalicədir. Sübutlar göstərir ki, lazer terapiyası ümumiyyətlə təhlükəsizdir və oraqvari hüceyrəli və diabetik retinopatiyada vizual simptomları yaxşılaşdırır.[7][8]
Retinopatiyanın yayılmıasının 2 əsas səbəbi var: diabetik retinopatiya və vaxtından əvvəl doğulmuş körpələrin retinopatiyası. Diabetik retinopatiya dünyada hər il təxminən 5 milyon insana və təxminən 50000 vaxtından əvvəl doğulmuş körpələrə retinopatiya təsir edir..[5][9]
Hipertonik retinopatiya, diabeti olmayan bütün yetkinlərin 3-14%-nə təsir edən növbəti ümumi səbəbdir.[10]