Ace the Creator, Gap Tooth T, Tyler Haley, Wolf Haley, Tyler, The Creator, Young N*gga, Morgan Freeman's son[1], ThickDickDaddy27[1], Toil[1], Mr. Turkey[1], Tyler Baudelaire, Bunny Hop
Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca "Igor" və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır.[5]
Tayler Qreqori Okonma 6 mart 1991-ci ildə Kaliforniyanın Hotorn şəhərində dünyaya gəlib.[6] Atası nigeriyalı, anası isə ağ dərili kökənli afroamerikalıdır.[7][8] Atası ilə heç vaxt tanış olmayıb, gəncliyinin çox hissəsi Hotornda keçib, sonralar 17 yaşında olarkən Ladera Heights bölgəsinə köçüb.[9][10][11] Yeddi yaşında olarkən o, CD disklərinin üz qabığını çıxarıb, öz dizayn etdiyi şəkillərlə əvəz edirdi, həmçinin uydurma albomlarını və trek siyahısını yaradırdı.[12] 14 yaşında olarkən tək başına piano ifa etməyi öyrənmişdi.[13] Təhsil aldığı dövrlərdə o, Los-Anceles və Sakramento bölgələrində ümumilikdə 12 fərqli məktəbdə oxuyub.[14] Səkkizinci sinifdə dram sinfinə qatıldı, lakin sonda çox hiperaktiv olduğu üçün qovuldu. Doqquzuncu sinifdə musiqi yazılarını oxuya bilmədiyi üçün musiqi dərsinə buraxılmadı.[15] Qısa müddət FedEx-də və iki ildən çox Starbucks-da işləyib. Yaradıcı (ing.Creator) mənasına gələn ləqəbini layihələrini paylaşdığı Myspace səhifəsindən götürüb.[16]