Raymond Klarens Yuri (ing. Ray Ewry) — səkkiz Olimpiya və iki növbədənkənar Yay Olimpiya Oyunları qızılına malik ABŞ-lı yüngül atletika idmançısıdır. Bu nəticələrlə o, bütün zamanların ən uğurlu olimpiyadaçıları arasında özünəməxsus yer tutur. Ayrı-ayrı növlər üzrə yarışlarda qazandığı səkkiz Olimpiya qızılı ilə yalnız 18 Olimpiya qızılına malik olan Maykl Felps-dən geri qalır.
Rey Yuri | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Ray Ewry | ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Raymond Klarens Yuri | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (63 yaşında) | |||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Perdyu Universiteti | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm | |||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 79 kq | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Yüngül atletika | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||
8 iyul 2014 tarixində yenilənib. | ||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuri ABŞ-nin İndiana ştatının Lafayette şəhərində qüsurlu uşaq kimi anadan olub.[1] Qısa müddət ərzində, o, əlil arabasından istifadə edib və onun, ömürlük iflic ola biləcəyindən qorxurdular. Lakin Yuri öz fiziki məşqlərini etdi və xəstəliyə qalib gəlməyi bacardı. Yuri Perdyu Universitetinə gedib və Siqma Nu cəmiyyətinin üzvü olub. Perdyuda mühəndislik diplomu aldıqdan sonra o, Nyu-York İdman Klubunun üzvlüyünə yazılıb.[2] Orada Yuri hal-hazırda mövcud olmayan yerindən uzununa, hündürlüyə və üç təkanla tullanma yarışlarında ixtisaslaşmışdı.
Yuri dünyada ən yaxşı yerindən tullanma idmançısı olub. O, birnci dəfə Parisdə təşkil olunmuş Olimpiya Oyunlarında iştirak edib və yerindən tullanmanın üç növü üzrə qızıl medalları qazanıb.[3]
1904 Yay Olimpiya Oyunlarında Yuri yenə də bu üç növ üzrə qızıl medalları qazanıb. Bu Olimpiya Oyunlarından sonra, yerindən üç təkanla tullanma yarışları dayandırılıb, ancaq 1906-cı il Ara Olimpiya Oyunları və 1908-ci il London Olimpiya Oyunlarının hər ikisində yerindən tullanmanın digər iki növü üzrə liderliyi öz əlində saxlayıb.[4] Beləliklə, Ara Olimpiya Oyunlarından qazandığı iki qızıl medal da daxil olmaqla ümumilikdə 10 Olimpiya qızılına malik olan Yurinin nəticəsi 2008-ci ilədək ən yüksək göstərici idi. 1906-cı il Ara Olimpiya Oyunları Beynəlxalq Olimpiya komitəsi tərəfindən Olimpiya yarışları kimi təşkil olunsa da, bu komitə hal-hazırda bu Olimpiyadanı rəsmi Olimpiya Oyunları kimi tanımır. Hətta Ara Olimpiya Oyunlarının nəticələri nəzərə alınmasa belə, yenə də onun nəaliyyətləri 2008-ci ilə kimi bütün dövrlərin 12 ən yüksək göstəricili olimpiyadaçıları arasında idi. Yerindən tullanma yarışları 1912-ci il Olimpiya Oyunlarından sonra Olimpiya proqramından çıxarılıb.