Reyhan Topçubaşova

Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı[1], Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).[2]

Reyhan Topçubaşova
Doğum tarixi
Doğum yeri Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti rəssam, incəsənət xadimi
Janrlar portret, məişət, mənzərə
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943
"Əmək igidliyinə görə" medalı — 1946

Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur.

Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib.

Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır.

1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur.

10 iyul 1943-cü ildə qadın rəssamlarından ilk "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

1923-cü ildə həkim Mustafa bəy Topçubaşovla ailə həyatı qurur. Bu evlilikdən 1924-cü ildə İbrahim adlı oğlu doğulur, 1927-ci ildə isə əkiz Zemfira və Elmira dünyaya gəlir. Reyhan xanım İbrahim Topçubaşovun anasıdır.

İbrahim atasının yolu ilə getdi, Azərbaycanın məşhur cərrahı oldu, 1970-ci ildə vəfat etdi. İbrahimin oğlu Ceyhun Topçubaşov da Azərbaycanın məşhur həkimlərindəndir, hazırda Mərkəzi Klinik Xəstəxanada çalışır.

Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
"Toy" – (1936)

Əsərləri 1936-cı ildən respublika sərgilərində nümayiş etdirilmişdir.

Portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlamışdır.

Onun "Köhnə Bakı küçəsi", "Köhnə bazar", "İlk təbliğatçı Mina xanım", "İki sahil", "Qoca zalım şahın hüzurunda", "Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü" adlı süjetli tabloları və "Balerina Qəmər Almaszadənin portreti", "M. Ə. Sabirin portreti", "Avtoportret" və "Nizami Gəncəvi" kimi portretləri var. Sənət əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.

Boyakarlığın portret ("M. Ə. Sabir", "Q. Almaszadə" və s.), məişət ("Köhnə bazar", "Toy", "Küçə" və s.) və mənzərə ("Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü", "Gecə vaxtı dənizin mənzərəsi" və s.) janrlarında fəaliyyət göstərmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də işləmişdir.

Reyhan xanım 8 mart 1938-ci ildə ilk dəfə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgini təşkil etmişdir.

  1. "Reyhan Topçubaşova kimdir?". 2013-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  2. Топчубашова (азерб.) // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1986. — C. IX. — S. 317.