İbrahim Topçubaşov (ing. Topçubaşov İbrahim Mustafa oğlu; 5 noyabr 1924, Bakı – 23 fevral 1970, Bakı) — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor.
İbrahim Topçubaşov | |
---|---|
İbrahim Mustafa oğlu Topçubaşov | |
Doğum tarixi | 5 noyabr 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1970 (45 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Flora Kərimova |
Atası | Mustafa Topçubaşov |
Anası | Reyhan Topçubaşova |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | Professor |
Alma-mater | Azərbaycan Tibb İnstitutu |
Təhsili | Azərbaycan Tibb Universiteti |
İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə[1] Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib[2].
Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir[2].
İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub. Ceyhun Topçubaşovun atasıdır.
Flora Kərimova ilə ailəli olub.