Reyva erası

Yoşihide Suqa yeni eranın adını ictimaiyyətə açıqlayır.
Yapon ofis işçiləri yeni era adının anonsunu canlı şəkildə televiziyadan izləyirlər.

Reyva erası (令和時代, Reiwa jidai?)[1]Yaponiyada hazırkı era.

Reyva erasının 1 may 2019-cu ildə başlamışdır.[2] Həmin gün İmperator Akihitonun böyük oğlu Naruhito Yaponiyanın 126-cı imperatoru kimi taxtda oturmuşdur.

30 aprel 2019-cu ildə isə İmperator Akihito Payızgülü taxtından imtina etmiş və Heysey erasını başa çatmışdır. 2019-cu il iki eraya ev sahibliyi etmişdir: 30 aprel Heysey 31 olmuş, 1 mayda isə Reyva 1 olmuşdur.[3]

Yaponiya hökuməti eranın adını canlı yayımlanan mətbuat konfransı vasitəsilə açıqlamışdır: baş katib Yoşihide Suqa lövhədə eranın adını kancilərlə nümayiş etdirmişdir.[4][5] Baş nazir Şinzo Abe Reyvanın "gözəl şəkildə bir araya gələn insanlar tərəfindən ortaya çıxarılan mədəniyyəti əks etdirdiyini" demişdir.[6] Yaponiya Biznes Federasiyasının keçmiş sədri Sadayuki Sakakibara, Kioto Universiteti professoru və Nobel laureatı olmuş alim Şinya Yamanaka və mükafat qazanmış romançı Mariko Hayaşi də daxil olmaqla 9 nəfərlik ekspert qrupu bu adı 5 namizəd içindən seçmişdir.[6]

Reyva sözünün kanci yazılışı qədim şeir antologiyası olan Manyoşudan, xüsusilə də harmoniyanı təmsil edən Yaponiyanın müqəddəs ume güllərindən alınmışdır.[7][4]

" Orijinal Kanbun mətni:

yap. 初春月、氣淑風、梅披鏡前之粉、蘭薫珮後之香。[8]

"
" Müasir yaponca mətn:

yap. 初春の令月にして気淑く風和ぎ、梅は鏡前の粉を披き、蘭(らん)は珮(はい)後の香を薫らす[9]

"
" Azərbaycanca tərcümə:

İndi yaxşı uğur ("Rey") ayıdır, hava mülayimdir, küləklər harmonikdir ("wa"), gavalı çiçəkləri qrimlənən gözəllik kimi gül açır və səhləblər öz qoxuları ilə özlərini bəzəyirlər.

"

İlk dəfədir ki, Yaponiyada bir era adı Çin ədəbiyyatından yox, klassik yapon ədəbiyyatından götürülür.[6][10][11] Yaponiya Ədəbiyyatı Milli İnstitutunun direktoru Robert Kampbell bildirmişdir ki, "Rey" külək vasitəsilə daşınan gavalı çiçəklərinin mülayim enerji dalğasını, "Wa" isə sülh və sakitliyi təmsil edir. Eranın adını Azərbaycan dilinə "ətirli harmoniya" kimi tərcümə etmək olar.

Reyva Yaponiya tarixində qeydə alınan 248-ci era adıdır.[6][12]

Unicode Consortium era adının kancilərinin birlikdə tək simvol kimi yazılmasından ötrü yeni qlif üçün kod nöqtəsi (U+32FF) ayırmışdır.[13]

  1. "新元号「令和(れいわ)」 出典は万葉集" (Japanese). 1 April 2019. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  2. McCurry, Justin. "Reiwa: Japan prepares to enter new era of 'fortunate harmony'". The Guardian. 1 April 2019. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  3. "New Japanese imperial era Reiwa takes name from ancient poetry". Reuters (ingilis). 2019-04-01. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  4. 1 2 "Japan reveals name of new imperial era will be 'Reiwa'". BBC. 1 April 2019. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  5. Yamaguchi, Mari. "Japan says name for new era of Naruhito will be 'Reiwa'". The Washington Post. 1 April 2019. 1 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  6. 1 2 3 4 "Japan names new imperial era beginning May 1 "Reiwa"". Kyodo News. 1 April 2019. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  7. Espinosa, Javier. "Japón anuncia su nueva era imperial: "Reiwa"" (Spanish). El Mundo. 1 April 2019. 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  8. "真字萬葉集卷第五雜歌0815". 2019-04-01 tarixində orijinalından arxivləşdirilib. 天平二年正月十三日,萃于帥老大伴旅人之宅,申宴會也。于時,初春令月,氣淑風和。梅披鏡前之粉,蘭薰珮後之香。加以,曙嶺移雲,松掛羅而傾蓋,夕岫結霧,鳥封穀而迷林。庭舞新蝶,空歸故鴈。於是,蓋天坐地,促膝飛觴。忘言一室之裏,開衿煙霞之外。淡然自放,快然自足。若非翰苑,何以攄情。請紀落梅之篇,古今夫何異矣。宜賦園梅,聊成短詠。 (#invalid_param_val)
  9. "新元号「令和」 首相談話「花を大きく咲かせたい」". 日本経済新聞. 2019-04-01. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  10. Osaki, Tomohiro. "Reiwa: Japan reveals name of new era ahead of Emperor's abdication". The Japan Times Online. 1 April 2019. 13 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  11. "新元号は「令和」(れいわ) 万葉集典拠、国書由来は初". Asahi News Digital. 2019-04-01. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
  12. "Japan announces "Reiwa" as new era name to begin under new emperor". Xinhua. 1 April 2019. 1 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  13. "New Japanese Era". The Unicode Blog. Unicode Consortium. 2018-09-06. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.