Rezorford Alkok (ing. Rutherford Alcock; yap. ラザフォード・オールコック; 1809[1][2][…], London – 2 noyabr 1897, London) – Yaponiyada yaşayan ilk britaniyalı nümayəndə. Yaponiya ilə yanaşı Britaniya hökumətini Çində də təmsil etmişdir.
Rezerford Alkok | |
---|---|
Doğum tarixi | 1809[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1897 |
Vəfat yeri |
|
Fəaliyyəti | diplomat, həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Alkok diplomatik karyerasından əlavə, bir neçə il boyunca Kral Coğrafiya Cəmiyyətinin prezidenti olmuş və bir çox kommisiyada fəaliyyət göstərmişdir. 1862-ci ildə Londonda baş tutan Beynəlxalq Sərginin rəsmi Yaponiya bölməsi onun tərəfindən hazırlanmış və kolleksiyasını əlavə etmişdir. Bu, Yaponiya incəsənətinin Qərb dünyasındakı tarixində ən əhəmiyyətli hadisələrdən biri, həmçinin deorativ sənətdə anqlo-yapon stilinin yaranma tarixidir. 1882-93-cü illərdə Şimali Borneo Britaniya Şirkətinin sədri olmuşdur.
Rezerford Alkok 25 may 1809-cu ildə Londonda, Sent-Ceyms rayonunda[3] həkim Tomas Alkokun və Merinin oğlu kimi anadan olmuşdur.[4] Atası London yaxınlığındakı İlinqdə işləyirdi. Alkok böyüyəndən sonra atasının yolu ilə getmiş və həkim peşəsini seçmişdir. 1836-cı ildə Karlist müharibəsində döyüşən dəniz briqadasında cərrah işləmişdir və xidmətlərinə görə fərqləndirmə almışdır. Alkok xəstəxana müfəttişinin köməkçisi kimi də fəaliyyət göstərmişdir, lakin 1837-ci ildə bu xidmətini başa vurmuşdur.
1844-cü ildə o, Britaniyanın Fuçjou şəhərində fəaliyyət göstərməsi üçün Çin konsulu təyin edilmişdir. Amoyda qısa müddət qaldıqdan sonra vəzifələrini yerinə yetirməyə başlamışdır. Fuçjou Nankin müqaviləsinə əsasən açılan bir neçə limandan biri idi və Alkok çinli nümayəndələrə qarşı hörmətlə davranmalı idi. O, buraya 1845-ci ilin martında (həyat yoldaşı bundan qısa müddət sonra, baldızı Emma S.Bekon və qaynanası 1 il sonra) gəlmiş[5] və 18 ay xidmət göstərmişdir. Alkok Fuçjouda sülhün və nizamın bərpası üçün çalışmış, nəticədə, Şanxaydakı konsulluğa dəvət edilmişdir.[5]
Alkok həyat yoldaşı, baldızı və qaynanası ilə birlikdə 1846-cı ilin payızında Şanxaya gəlmişdir. Həmin dövrdə Şanxaya İngiltərə, Fransa və Şimali Amerikadan gələn tacir və missioner axını var idi.[6] Alkok qurulmuş Çin hökumətinə nəzarət etmək və Britaniyanın Çindəki kommersial həyatındakı əhəmiyyətli yeri olan Britaniya yaşayış məntəqəsi ilə maraqlanmağı qabağına xüsusi vəzifə kimi qoymuşdu. Bu vəzifələrdən biri də şəhərdə kiçik kilsə tikdirmək idi. 1847-ci ilin aprelində Kilsə Missionerliyi Cəmiyyətinə bununla bağlı müraciət edilmiş və bir tacir tərəfindən verilmiş torpaq sahəsində kilsə tikintisi planlaşdırılmışdır. Alkok planla bağlı yaxından maraqlanmışdır.[6]
Emma Bekona görə konsuluğun binası Alkokun yaşadığı evdən 2 mil uzaqlıqda idi.[6]
1853-cü ildə Alkokun həyat yoldaşı Henrietta ölmüş, Taypin üsyanı Şanxaya çatmışdır.[5] Şəhər mühasirəyə alınmış və üsyançılar aclığa görə şəhəri tərk etdikləri 1855-ci ilin fevralına qədər hücumlara məruz qalmışdır.[5] Alkok sülh və nizamı bərpa etmək üçün həmin ilin aprelinə kimi Şanxayda qalmışdır. Daha sonra Kantondakı konsuluğa təyin olunmuşdur. Kanton 1840-ci illərdə bir çox münaqişələrin mənbəyi idi. O, Kantonda 1 il qalmış, Kantonda gərginlik yüksəlməmişdən öncə 1856-cı ilin oktyabrında İngiltərəyə qayıtmaq üçün icazə almışdır.[5]
1858-ci ildə Britaniyanın Yaponiyadakı konsul-generalı təyin olunmuşdur.
Alkok Tokio şəhərində Takanavada yerləşən Tozen məbədinin ərazisində ikinci Britaniya diplomatik missiyası açmışdır. Birincisi Hioqoda (Kobe) yerləşirdi, Herri Parks və vitse-konsul Frank Cerar Mayberqin (Frensis Cerard Miyburq və ya Frans Cerard Miyberq kimi də tanınır, 18 yanvar 1868-ci ildə Kobedə basdırılıb) başçılığı altında fəaliyyət göstərirdi.[7] Həmin dövrdə Yaponiyadakı əcnəbilər təhlükələrlə üzləşirdilər, belə ki, yaponlar əcnəbilərə qarşı düşmən mövqe sərgiləyirdilər. 1860-cı ildə Alkokun yerli tərcüməçisi diplomatik missiyanın darvazasında qətlə yetirilmişdir. Növbəti il Mitodan olan ronin qrupu diplomatik missiyaya hücum etmişdir, lakin Alkok və heyəti hücumu dəf edə bilmişdir.
Bu hadisələrdən qısa müddət sonra 1862-ci ilin martında İngiltərəyə qayıtmaq üçün Yaponiyanı tərk etmişdir və onu çavuş Nil əvəz etmişdir. 1860-cı ildə Qüdrətli Hamam ordeninə əsasən kommandir adına layiq görülmüşdür. 1862-ci ildə həmin ordenin cəngavəri olmuşdur. 1863-cü ildə isə Oksford Universitetindən hüquq üzrə fəxri doktoranturaya layiq görülmüşdür.
1864-cü ildə Yaponiyaya qayıtmışdır. Bir ildən sonra Pekinə tranfer olunmuş və 1869-cu ilə kimi Britaniya hökumətini təmsil etmişdir.
1860-cı ildə Fuci dağına dırmaşan ilk qeyri-yapon şəxs olmuşdur.
İki dəfə evlənmişdir. Birinci həyat yoldaşı Henrietta Meri Bekon (Çarlz Bekonun qızı, 1853-cü ildə ölüb) ilə 1841-ci ilin mayında, ikinci həyat yoldaşı (Con Louderin dul qalmış arvadı, 13 mart 1899-cu ildə ölüb) ilə 8 iyul 1862-ci ilə evlənib.
Alkok bir neçə əsərin müəllifi və İngiltərədə Yaponiya incəsənətinə marağı artıran şəxslərdən biri olmuşdur. Yapon dilini öyrənməyə çalışmış və dərslik yazmışdır. Ən məşhur kitabı 1863-cü ildə buraxılmış "Maqnatın paytaxtı" olmuşdur. 2 noyabr 1897-ci ildə Londonda ölmüş və Mersthemdə dəfn olunmuşdur.