Rhamnus tinctoria

Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü.

Boyayıcı flyuggeya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır.

İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.

Növün populyasiyasının vəziyyətinin tədqiqatı məqsədəuyğundur. Torpaqqoruyucu, dekorativ, dərman bitkisidir.