Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü.
Rhapis excelsa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Rhapis excelsa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii halda Yaponiya da və Çində yayılmışdır.
Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir. Çiçəkləri sarı ətirli, salxımvari budaqlanmış sıx çiçək qrupunda toplanmışdır. Çiçəkləmə may ayının ortaları başlayıb, iyun ayının axırınadək davam edir. Oktyabr ayının ortalarında meyvə verir. Quru meyvəyanlığı olan meyvəsi yetişdikdə göyümtül-qara rəng alır. Toxumun əmələ gəlməsi noyabr ayının axırlarında müşahidə edilir. Toxum vasitəsilə çoxaldılır.
Açıq sahələrdə əkilməli və düz günəş şüalarından qorunmalıdır. Cavan palmaların təmiz havaya ehtiyacı vardır, işıqlı, günəşli və ya bir az kölgəli yerdə yaxşı bitir.
Abşeronda, Gəncədə, Lənkəranda, Zaqatalada və digər şəhər və rayonlarda park və bağlarda becərilir.
Yaşıllaşdırmada dekorativ bitki kimi istifadə edilir. Liflərindən kəndir hazırlanır.