Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.
Tünd qırmızı ayıca | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tünd qırmızı ayıca |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır. Döşü sarı tüklərlə örtülüdür. Qarıncığı sarıdır. Üst hissəsində xırda qara nöqtələr var.[1]
Palearktikada, Rusiyada, Ukraynanın hər yerində, Azərbaycanda isə Kür-Araz düzənliyində, Abşeron-Qobustan təbii rayonunda və Zuvandın dağ-səhra sahələrində.[2]
Düzənlik, dağətəyi və dağ-səhra kserofit və həminkserofit biotoplarında. Kəpənəkləri mayın axırlarında, iyun və iyul aylarında uçur. Tırtılı qışlayır. Qışlamadan sonra mayda və avqust aylarında tırtıllar-boymadərən, qatıqotu, dağ tərxunu, çiyələk, moruq, böyürtkən, alma, söyüd üzərində yaşayır. Bir nəsil verir.[3]
Azsaylıdır. Abşeron-Qobustandan 5 kəpənəyi tutulmuşdur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.