Bu məqalə qaralama halındadır. |
Rişard Avedon (ing. Richard Avedon, 15 may 1923 — 1 oktyabr 2004) — Amerika fotoqrafı.
Riçard Avedon | |
---|---|
ing. Richard Avedon | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | San-Antonio, ABŞ |
Vəfat səbəbi | beyin qansızması[d] |
Təhsili | |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1945–2004 |
Üzvlüyü | |
richardavedon.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rişard Avedon 15 may 1923-cü ildə Nyu-Yorkdə yəhudi ailəsində anadan olmuşdur. Onun xələfləri XIX əsrin sonlarında Rusiyadan ABŞ-yə mühacirət etmişlər.[2][3] O, Kolumbiya universitetinə daxil olmuş, lakin 1 il oxuduqdan sonra təhsilini yarımçıq qoymuşdur. Rişard Avedon 1944-1950-ci illərdə "Harper’s Bazaar" jurnalının art-direktoru Aleksey Brodoviçin fotoqrafiya məktəbində təhsil almışdır.[4] 1946-cı ildə o, həm də "Harper’s Bazaar" jurnalında işləməklə yanaşı, eyni zamanda öz xüsusi studiyasını yaratmışdır. 1966-cı ildə Vogue jurnalında fotoqraf kimi fəaliyyətə başlayan Rişard Avedon 1990-cı ilədək burada işləmişdir.
1960-cı illərdə müharibə əleyhinə hərəkatın və vətəndaş hüquqları uğrunda hərəkatın iştirakçılarının fotolarını çəkmiş və bu fotolar onun "Avedon:The Sixties" albomuna daxil edilmişdir. Bu albomda Rişard Avedon həm də Bitlz, Cenis Coplin, Frenk Zapp, Endi Uorkolun fotoportretlərinə də xüsusi yer ayırmışdır.
1976-cı ildə Rişard Avedon dövlət və siyasi xadimlərin, işgüzar elitanın nümayəndələrinin portretləri daxil olan "Ailə" (The Family) albomunu nəşr etdirdi. Bu alboma ağ-qara şəkillərdən ibarət 69 foto daxil idi. Burada Corc Buşun, Henri Kissincerin, Ronald Reyqanın, Danold Ramsfeldin, həmçinin Kennedi və Pokfellerlər ailəsinin üzvlərinin foto portretləri də var idi. "Ailə" albomu Nyu-Yorkda Metropoliten muzeyində saxlanılır.
1992-ci ildə o, The New Yorker həftəlik mətbuat orqanında çalışmağa başlamışdır. Rişard Avedon ömrünün 82-ci ilində San-Antonio xəstəxanasında beyninə qan sızması nəticəsində vəfat etmişdir.[5].