Riçard Tomas Noulz (ing. Richard Thomas Knowles; 8 fevral 1916, Çikaqo, İllinoys – 18 sentyabr 2013) — ABŞ hərbi xadimi, ABŞ ordusunun general-leytenantı. O, Vyetnam müharibəsi zamanı 1-ci Süvari Diviziyasının komandir köməkçisi, 196-cı Yüngül Piyada Briqadasının və Oreqon İşçi Qrupunun komandiri kimi xidmət etmişdir
Riçard Tomas Noulz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 2013 (97 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Noulz 20 dekabr 1916-cı ildə Çikaqoda anadan olmuşdur. O, İllinoys Universitetində təhsil almışdır. Noulz 1942-ci ildə Birləşmiş Ştatlar Ordusuna qoşulmuş və Normandiya desant əməliyyatında iştirak etmişdir.[1]
Koreya müharibəsində iştirak etmişdir. 10 fevral 1964-cü ildə Noulz 11-ci Hava Hücum Diviziyasının diviziya komandirinin köməkçisi təyin edilmiş və briqada generalı vəzifəsinə namizəd olmuşdur.[2]
Noulz Vyetnam müharibəsində 1965-ci ildə 1-ci Süvari Diviziyasının diviziya komandirinin köməkçisi vəzifəsində çalışmış və bu müddət ərzində Pley-Menin mühasirəsinin dəstəkçi qüvvəyə komandanlıq etmişdir.[3][4]
Noulz 196-cı Yüngül Piyada Briqadasının komandiri vəzifəsində çalışmışdır.[5][6] 1967-ci ilin iyulunda general-mayor Noulz 196-cı Yüngül Piyada Briqadasının daxil olduğu Oreqon İşçi Qrupu komandanlığını öz üzərinə götürmüşdür.[6]
Noulz 1 avqust 1972-ci ildən 17 iyul 1973-cü ilə qədər I Korpusun komandiri vəzifəsində çalışmışdır.[7] 1974-cü ildə ordudan təqaüdə çıxmışdır.
Noulz 1983-cü ildən 1998-ci ilə qədər 16 il Nyu-Meksiko ştatının qanunverici orqanında Respublikaçıların nümayəndəsi kimi fəaliyyət göstərmişdir. O, 18 sentyabr 2013-cü ildə Nyu-Meksiko ştatının Rosvel şəhərindəki evində vəfat etmişdir. Arlinqton milli qəbiristanlığında dəfn olunmuşdur.[1]