Rias Qremori

Rias Qremori (リアス・グレモリー, Riasu Guremorī?)İçiey İşibumi tərəfindən yazılmış və əsasında anime və manqa adaptasiyaları istehsal olunmuş "High School DxD" ranobe seriyasından personaj. Rias ranobe seriyasının protaqonisti İssey Hyodonun sevdiyi qızdır. O, mələklərin, iblislərin və düşmüş mələklərinin də təhsil aldığı Kuo Akademiyasının tələbəsidir. "High School DxD"-də hadisələr üç fərqli irqin – mələklərin, iblislərin və düşmüş mələklərin müharibə etdiyi dünyada baş verir.

Rias Qremori
Rias Qremorinin "High School DxD" ranobe seriyasının 1-ci cildində Miyama-Zero tərəfindən çəkilmiş təsviri.
Franşiz(lər)"High School DxD"
NəşriyyatFujimi Shobo / TNK
Yaradanİçiey İşibumi
SəsləndirənYoko Hikasa (yapon)
Ceymi Marçi (ingilis)
Manqadavar
Animedəvar
Profil
Növüsaf qanlı iblis
Cinsiqadın
Ləqəb(lər)iRia-tan, Məhv imperatriçası, Destruksiya şahzadəsi
Komandaları72 Sütun, Qremori klanı, Kuo Akademiyası, Okkult Tədqiqat Klubu, DxD, Hyodo evi
GücləriDestruksiya gücü, Qırmızı ölgün draqonar
DərəcəsiYüksək səviyyəli iblis, Kral

Yüksək dərəcəli iblis klanı olan Qremori klanının üzvü olan Rias düşmüş mələk Reyner tərəfindən öldürülən İsseyi xilas edir. Növbəti səhər oyanan İssey hər şeyin yuxu olduğunu düşünür, amma Riasın çılpaq vəziyyətdə otağında yatdığını görür. Rias özünün iblis olduğunu, onu iblis kimi yenidən diriltdiyini və onun ustası olduğunu açıqlayır. O, Kuo Akademiyasındakı Okkult Tədqiqat Klubunun başçısıdır. İssey və klubun digər üzvləri müxtəlif təşkilat və qurumlarla əlaqə saxlayırlar. Bəzən iblis təşkilatları onları Reytinq oyunları adlandırılan və klan üzvlərinin şahmat fiqurları rolunda çıxış etdikləri ölüm oyunlarına dəvət edir.

Rias əsasən müsbət rəylər almışdır. Tənqidçilər personajın dizaynını, şəxsiyyətini və İssey ilə münasibətini, eləcə də, cazibədarlığını tərifləmişdirlər. Riasın keçmişi də tənqidçilər tərəfindən bəyənilmiş, lakin bəzi tənqidçilər onun xarakterini maraqsız hesab etmişdirlər. Rias anime və manqa fanatları arasında böyük populyarlıq əldə etmişdir. Personaj müxtəlif personaj siyahılarında və sorğularında peyda olmuşdur. Riasa həsr olunmuş bir çox oyuncaq və videooyunlar buraxılmışdır. Kospleyerlərin tez-tez üstünlük verdiyi personajlardan biridir.

Konsepsiya və yaradılma

[redaktə | mənbəni redaktə et]

Müəllif İçiey İşibumi ranobe seriyasının birinci cildinin son sözündə bildirmişdi ki, Riası deyteraqonist kimi, İsseyi isə protaqonist kimi yaratmışdır.[R 1 son söz] Bəzi personajlar üçün Bibliya, qeyri-bədii kitablar və mifologiyadan istifadə olunmuşdu. Daha sonra müəllif mələklərin, iblislərin və düşmüş mələklərin müharibə etdiyi dünya yaratmışdır və Riasın növünü iblis kimi müəyyən etmişdir.[R 1 son söz] Beşinci cilddə İşibumi əsas personajları "cütləşdirməyi" sevdiyini yazmışdır: Rias və Akeno böyük bacılar, Asiya və Ksenoviya kilsə olan əlaqələri olan qızlar, Qasper və Kaneko gənc lisey tələbələri, İssey və Yuta adi oğlanlardır.[R 5 son söz]

İşibumi Riasın döşləri daxil olmaqla personajların erotik xüsusiyyətləri ilə (xüsusilə ranobe seriyasının növbəti cildlərində) razılaşmış,[R 1 son söz] hətta personajları daha erotik göstərməyi (xüsusilə komediyanın daha üstünlük təşkil etdiyi yan hekayə cildlərində) planlaşdırdığını etiraf etmişdir.[R 7 son söz]

Rias Qremori Yoko Hikasa tərəfindən səsləndirilmişdir.[1]

Riasın "High School DxD" animesindən görünüşü.

Rias Qremori hekayənin əsas qadın protaqonistidir. Reyner tərəfindən öldürülmüş İsseyi o dirildir.[R 1 son söz] Hündür, qırmızı saçlı və şəhvətli bədənə sahib iblisdir. Kuo Akademiyasında (駒王学園, Kuō Gakuen?) təhsil alır və akademiyanın ən populyar qız tələbəsidir. O həmçinin iblis komandasının toplaşma yeri olan Okkult Tədqiqat Klubunun (オカルト研究部, Okaruto Kenkyū-bu?) başçısıdır və komandasının Kralıdır.[M1 ser 3] "Qırmızı saçlı məhv şahzadəsi" (紅髪の滅殺姫(ルイン・プリンセス), Benigami no Ruin Purinsesu?) adı ilə tanınır. Qremori ailəsinin mirasçısıdır.[M1 ser 5]

Hekayənin gedişatında Rias İsseyə aşiq olur. Rayzer Feneks Riası nişanlısı etmək istəyəndə Rias İsseyi xilas etmək üçün Reytinq oyunu təşkil edir.[M1 ser 11] Lakin İssey Rayzeri məğlub etdikdən sonra Rias onu öpür və onun evinə köçür.[M1 ser 12] Rias İssey ilə intim münasibətdə olmağı heç ağlının ucundan keçirmir,[M2 ser 1] lakin digər qızların İsseyi ondan oğurlmaq istədiklərini görəndə qanı qaralır.[M2 ser 7][M2 ser 8] Daha sonra Riasın anası Venelana Riası İssey ilə münasibətlərini inkişaf etdirmək üçün cəsarətləndirir, lakin İsseyi başdan çıxarmağa cəhd edərkən İsseyin onu adı ilə çağırmamasından qanı qaralır. Sonda İssey Riasa sevgisini etiraf edir və prezident titulu əvəzinə onu öz adı ilə çağırır. Rias İsseyin etirafından sonra göz yaşlarına hakim ola bilmir və iki rəsmən cütlük olurlar. Lakin digər qızların da (Akeno, Ksenoviya, Asiya, Koneko, İrina və Reyvel) İsseydən əl çəkmədikləri görünür. Rias İsseyin harem kralı olmaq arzusunu tolerantlıqla qarşılayır, hətta digər şəxslərin İssey ilə görüşməsinə icazə verir.

Onun böyük qardaşı Lusifer Dörd böyük iblisdən biridir. Hər ikisi Bael evindən gələn analarından miras qalan Destruksiya gücünə malikdir. Rias sonda Akeno ilə məşq edərək yeni bitirici hücumda ixtisaslaşır. Daha sonra Qasperin qabiliyyəti haqqında daha çox məlumat əldə etmək üçün Kiba və Azazel ilə birlikdə Rumıniyaya gedir. 16-cı cilddə Rias Sönmüş ulduz adlı yeni hərəkətini göstərir: Rias Destruksiya gücünü ağlasığmaz miqdarda demonik gücün sıxlaşdırılmasına çevirir.

Onun şəxsiyyəti qarışıqdır. O, xeyirxahdır. İsseyə kiçik qardaşı kimi davranır. ... İstər inanın, istər yox, Riasın özünü böyük bacı kimi aparması əslində tamamilə məftunedicidir.

— Stiq Höqset, THEM Anime Reviews[2]

Rias əsasən müsbət rəylər almışdır. Japanator.com saytından Ceff Çuan Rias üçün müsbət rəylər bildirmiş və onun personaj dizaynını (həm paltarlı, həm də paltarsız) bəyənmişdir. O, Riasın səs aktrisasının da çıxışını bəyənmişdir.[3] Active Anime-dən Deyvi Cons Riası "fenomen" hesab etmiş, onu "müəmmalı, seksi, ədəbsiz və nazlı" kimi təsvir etmişdir. O, personajların ingiliscə dublajını və əhatəliyini tərifləmişdir.[4] Sequential Tart-dan Şina Maknil də "High School DxD" animesində Rias da daxil olmaq personajlar dizaynlarının müxtəlifliyini bəyənmişdir.[5]

THEM Anime Reviews-un tənqidçisi Stiq Höqset Riasın şəxsiyyətini "bir çox şeylərin qarışığı" ifadəsi ilə təsvir etmiş, onu dəstəkləyici hesab etmiş, baş qəhrəman İssey ilə Rias arasındakı münasibətləri böyük bacı ilə kiçik qardaşı arasındakı münasibətlərə bənzətmişdir. Lakin Stiq Riasın anime serialının birinci mövsümünün sonlarında çarəsiz qız rolunu oynamasını tənqid etmişdir.[2] Anime News Network-dan Zak Bertşi 2012-ci ilin qış animeləri üçün hazırladığı tənqiddə animeni usta/xidmətçi münasibətlərinin olduğunu fanservis verilişi adlandırmış, lakin digər bu tipli animelərdən fərqli olaraq qadın personajın – Riasın usta rolunda olduğunun altından xətt çəkmişdir. Buna baxmayaraq, tənqidçi Riasın çox vaxt lüt şəkildə göründüyünü, izləyicilərə kameranın önündə soyunarkən və duş alarkən tanıdıldığını bildirmişdir.[6] Karl Kimlinqer isə Riası marasız personaj kimi dəyərləndirmişdir.[7]

Tokyo Otaku Mode tərəfindən Facebook-da keçirilmiş "Ən çox hansı anime personajı ilə görüşə çıxmaq istəyərdiz?" sorğusunda Rias qadın personajlar arasında 7-ci yeri tutmuşdur.[8] The Richest adlı ingilis media saytının "Yaponiya animelərinin ən seksual 10 qadın personajı" siyahısında 2-ci yerdə göstərilmişdir.[9] Rocket News 24-dan Kara Kleqq yazır: "Seksual saf qanlı iblis Rias gözəl sifət və bədən, eləcə də, əla şəxsiyyətlə lütf edilmişdir".[10] Yaponiya internet provayderi BIGLOBE 2012-ci ilin birinci yarısı üçün ən çox sevilən anime personajlarını müəyyən etmək üçün sorğu keçirmiş və Rias 432 səslə 6-cı yeri tutmuşdur.[11] Charapedia anime saytı 10.000 izləyicisi arasında sorğu keçirmiş və Rias "anime və manqalarda ən cazibədar iri döşlü personajlar" siyahısında 140 xalla 20-ci yerdə qərarlaşmışdır.[12] 2channel tərəfindən keçirilmiş Anime Saimoe Tournament tədbirində 2012-ci ilin ən moe personajını müəyyən etmək üçün keçirilmiş sorğuda Rias 73 səs toplamışdır.[13]

FickleMind anime saytı tərəfindən keçirilmiş "Bütün Zamanların 42 Ən Qırmızı Saçlı Anime personajları" adlı sorğuda 2-cü yerdə göstərilmişdir.[14] "Ən çox təhrif olunmuş 24 qadın anime obrazı" adlı bir digər FickleMind sorğusunda Rias 4-cü yerə layiq görülmüşdür.[15] Rias sFwFun-un "Son dərəcədə gözəl və qırmızı saçlı 9 anime personajı" siyahısında özünə 7-cı yerdə yer tapmışdır: "Onun uzun və al qırmızı saçı onun ən fərqləndirici xüsusiyyətidir".[16][17]

Rias Qremori ilə əlaqəli bir çox məhsullar buraxılmışdır.[3] A+Chara-Ani şirkətləri tərəfindən şahmat fiqurlarının yanında dayanan, biri qara, digəri ağ bikini və uzun çəkmələr geyinmiş iki Rias fiquru istehsal olunmuşdur.[18] Dovşan kimi geyinmiş 3-cü Rias fiquru isə 2014-cü ilin avqustunda FREEingGood Smile Company tərəfindən buraxılmışdır.[19] Dördüncü fiqur A+ tərəfindən istehsal olunmuş və sökülüb-yığılan qanadlarla birlikdə buraxılmışdır.[20] "High School DxD"-in nəşr olunduğu "Dragon Magazine" jurnalının 2014-cü il noyabr buraxılışının üzlüyü "Riasın döşləri" formasında olmuşdur.[21] AniBro Gamers tərəfindən Riasa həsr olunmuş dakimakura istehsal olunmuşdur.[22] Rias Qremori "High School DxD"-nin Nintendo 3DS platforması üçün istehsal olunmuş videooyun adaptasiyasında da peyda olmuşdur. Oyunun məhdud nəşri Riasdan ilhamlanaraq istehsa olunmuş bir neçə məhsulla – qulaqcıqlar, iki dekorativ banda, 3D kartla buraxılmışdır.[23] Rias həm də kospley üçün də mövzu olmuşdur. "Paste" jurnalının Chicago Comic and Entertainment Expo 2012 tədbiri üçün tərtib etdiyi "ən yaxşı kospleylər" siyahısında Rias kospleyi 31-ci yeri tutmuşdur.[24]

İstinadlar və qeydlər

[redaktə | mənbəni redaktə et]
  1. "キャスト&スタッフ|アニメ「ハイスクールDxD」" (Japanese). 2014-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2016.
  2. 1 2 Høgset, Stig. "High School DxD". THEM Anime Reviews. 2016-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  3. 1 2 Chuang, Jeff. "Review: High School DxD Season 1". Japanator. 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  4. Jones, Davey C. "HIGH SCHOOL DXD COMPLETE COLLECTION". Active Anime. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  5. McNeil, Sheena. "High School DxD - Season 1". Sequential Tart. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  6. Bertschy, Zac. "The Winter 2012 Anime Preview Guide: Zac Bertschy". Anime News Network. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  7. Kimlinger, Carl. "The Winter 2012 Anime Preview Guide: Carl Kimlinger". Anime News Network. 2016-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  8. Loveridge, Lynzee. "Otaku from 100 Countries Voice Which Characters They Want to Date". Anime News Network. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  9. Vuksanovic, Jelena. "The 10 Sexiest Females of Japanese Anime". The Richest. 2016-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  10. Clegg, Cara. "Western otakus' top 10 sexy manga and anime girls all have one thing in common…". Rocket News 24. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  11. Sherman, Jennifer. "Biglobe Poll: Favorite Anime Characters of 2012 (First Half)". Anime News Network. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  12. Stimson, Eric. "Japanese Fans Choose Most Charming Busty Characters in Anime & Manga". Anime News Network. 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  13. Bunao, Daryl. "2ch Forum's Saimoe Tournament 2012 Round 1: Groups A, B". Anime News Network. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2016.
  14. "42 Coolest Red Hair Anime Characters Of All Time". FickleMind. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  15. "Top 24 Most Perverted Female Anime Characters". FickleMind. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  16. "List Of Top 11 Cute Red Haired Anime Girls With Voice Artist". sFwFun. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2018.
  17. "Top 10 Hottest High School DxD Characters". sFwFun. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2018.
  18. Loveridge, Lynzee. "High School DxD BorN's Rias Gremory is Twice as Nice With 2 New Figures (NSFW)". Anime News Network. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  19. Green, Scott. "Huge Rias Gremory: Bunny Ver. Figure Coming This Summer". Crunchyroll News. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  20. Green, Scott. "Rias Gremory From "High School D x D BorN" Tanned And Ready For Summer In Fledge Vacation Figure (Warning - NSFW-ish)". Crunchyroll News. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  21. Bamboo Dong. "Make Reading More Fun With High School DxD 3D Breast Book Covers". Anime News Network. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  22. Bamboo Dong. "Saki Episode of Side A Hugging Pillow Comes With 2 Silicone Pads". Anime News Network. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  23. "High School DxD 3DS 'Erotic Battle Adventure Game' Promo Streamed". Anime News Network. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  24. Blumenfeld, Zach. "The Best Cosplay of C2E2 2016". Paste Magazine. 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
Ranobe
  • 1-ci cild: Ishibumi, Ichiei. High School DxD 1: Diabolos of the Old School Building (ハイスクールD×D1 旧校舎のディアボロス, Haisukūru Dī Dī 1: Kyūkōsha no Diaborosu?) (Japanese). "illustrated by" Zero Miyama. Kadokawa Shoten. September 2008. ISBN 978-4-8291-3326-2.
  • 5-ci cild: Ishibumi, Ichiei. High School DxD 5: Hellcat of the Underworld Training Camp (ハイスクールD×D5 冥界合宿のヘルキャット, Haisukūru Dī Dī 5: Mekai Gasshuku no Herukyatto?) (Japanese). "illustrated by" Zero Miyama. Kadokawa Shoten. December 2009. ISBN 978-4-8291-3470-2.
  • 7-ci cild: Ishibumi, Ichiei. High School DxD 7: Ragnarok After School (ハイスクールD×D7 放課後のラグナロク, Haisukūru Dī Dī 7: Hōkago no Ragunaroku?) (Japanese). "illustrated by" Zero Miyama. Kadokawa Shoten. July 2010. ISBN 978-4-8291-3540-2.
Anime

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]