Rinsen Şiozava

Rinsen Nakazava (中沢臨川, Nakazava Rinsen?, 28 oktyabr 1878, İna[d], Naqano prefekturası9 avqust 1920 və ya 1920[1]) və ya doğum adı ilə Rinsen ŞiozavaYaponiya ədəbiyyatşünası.

Rinsen Nakazava
yap. 中沢臨川
Doğum tarixi 28 oktyabr 1878(1878-10-28)
Doğum yeri
Vəfat tarixi 9 avqust 1920(1920-08-09) (41 yaşında) və ya 1920[1]
Vəfat səbəbi vərəm
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Rinsen Nakazava 1878-ci ildə Yaponiyanın Naqano prefekturasının İna şəhərində doğulmuşdur. Nəsillər boyunca yomeişu (şərab növü) istehsalı məşğul olan ailəyə mənsub olmuşdur. Nakazava klanından olan qızla evləndikdən sonra qayınatasının soyadını götürmüşdür. Tokio Universitetini bitirdikdən sonra mühəndis olmuşdur. Əvvəlcə Tokio Dəmiryolu Şirkətində, daha sonra Keihin Dəmiryol Şirkətində işləmişdir.[2]

İxtisasca mühəndis olsa da, ədəbiyyatla dərindən maraqlanmış, Lev Tolstoy,[2] Fridrix Nitsşe, Anri BerqsonRomen Rollanın əsərlərini tədqiq etmişdir. Sosial problemlər haqqında tənqidi yazılar və esselər yazmışdır. "Müasir düşüncə haqqında 15 mühazirə" əsərinin müəllifi olmuşdur.[3]

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1022–1023. İstifadə tarixi: 8 sentyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]