Ritç oteli (Paris)

“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri.

“Riç” oteli
Rəssam Pyer Jorj Jannio, “Ritç” otelinin bağçası (1908)

Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.