Vandom meydanı

Vandom meydanı (fr. Place Vendôme), əvvəlki "Böyük Lüdovik meydanı" (fr. Place Louis le Grand) — Parisin "beş kral meydanından" biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xətləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699-cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720-ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur. Meydanın qərb hissəsində, № 15-də 1898-ci ildə Sezar Riç tərəfindən əsası qoyulmuş, 1979-cu ildən milyarder Mohamed əl-Fayediyə məxsus olan, Koko Şanel (37 il hoteldə yaşamışdır), Çarli Çaplin, Ernest Heminquey, Marsel Prust və s. kimi bir çox görkəmli şəxslərin qalmış olduğu Ritç hoteli yerləşir. № 12-də 1849-cu ildə bəstəkar Şopen dünyasını dəyişmişdir. Həmin bu ünvanda III Napoleon öz gələcək həyat yoldaşı Yevgeniya ilə tanış olmuşdur. № 21-də 1934-cü ildən etibarən fransız moda və dizayn ustası Elza Skiaparellinin moda evi yerləşir.

Vandom meydanı
Place Vendôme
Ümumi məlumatlar
Ölkə
Şəhər I arondisman
Uzunluğu 213 m
Eni 124 m
  • N°1 : Hôtel Batailhe de Francès
  • N°3 : Hôtel de Coëtlogon
  • N°5 : Hôtel d'Orsigny
  • N°7 : Hôtel Le Bas de Montargis
  • N°9 : Hôtel de Villemaré
  • N°11 : Hôtel de Simiane
  • N°13 : Hôtel de Bourvallais
  • N°15 : Hôtel de Gramont
  • N°17 : Hôtel de Crozat
  • N°19 : Hôtel d'Évreux
  • N°21 : Hôtel de Fontpertuis
  • N°23 : Hôtel de Boullongne
  • N°25 : Hôtel Peyrenc de Moras
  • N°2 : Hôtel Marquet de Bourgade
  • N°4 : Hôtel Heuzé de Vologer
  • N°6 : Hôtel Thibert des Martrais
  • N°8 : Hôtel Delpech de Chaunot
  • N°10 : Hôtel de Latour-Maubourg
  • N°12 : Hôtel Baudard de Saint-James
  • N°14 : Hôtel de La Fare
  • N°16 : Hôtel Moufle
  • N°18 : Hôtel Duché des Tournelles
  • N°20 : Hôtel de Parabère
  • N°22 : Hôtel de Ségur
  • N°24 : Hôtel de Boffrand
  • N°26 : Hôtel de Noce
  • N°28 : Hôtel Gaillard de la Bouëxière
Vandom meydanı
  1. 1 2 ArchINFORM (alm.). 1994.