Ritsvil (Vaşinqton)

Ritsvil (ing. Ritzville) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1 673 nəfər olmuşdur.[3] Adams qraflığının paytaxtıdır.

Şəhər
Ritsvil
ing. Ritzville
47°07′39″ şm. e. 118°22′48″ q. u.
Ölkə  ABŞ
Ştat [[Vaşinqton]]
Qraflıq [[Adams]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 17 iyul, 1890
Sahəsi 4.4[1]
Mərkəzin hündürlüyü 554[2]
İqlimi Yarımsəhra
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 1 673 [3] nəfər (2010)
Sıxlığı 380.2 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 509
Poçt indeksi 99169
Digər
ritzville-wa.us  (ing.)
Ritsvil xəritədə
Ritsvil
Ritsvil
Ritsvil xəritədə
Ritsvil
Ritsvil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiki Ritsvil ərazinə yaxın yerdə məskunlaşan ilk şəxslərdən olan Flip Rits burada 1878-ci ildə gəlmişdi. 1880-ci ildə burya gələn Vilyam Makkey bir il sonra burda 8 otaqlı ilk binanı inşa etdi. O, bu binanı yaxınlıqda işləyən dəmiryolu fəhlələrinə icarəyə verirdi. Tezliklə Makkey ikinci binanı da tikərək burada dükkan açdı. 1881-ci ilin sonlarında isə dəmiryolu çəkilişi bitdi və The Northern Pacific Railway burada depo məqsədi ilə üçüncü binanı tikdi. 1882-ci ilin yazında artıq burada 50 nəfər əhali vardı. 1883-cü ildə 17 Volqa alman ailəsi Rusiyadan bura köçdü. Onların buranı seçməkdə əsas səbəbləri buranın torpağının münbit olması idi. 1882-ci ildə Ritsvildə böyük yanğın oldu. Yanğın nəticəsində otel, poçt məntəqəsi, dükkan və digər bəzi binalar yandı. Lakin qısa müddətdə kərpiç binalar tikildi. 1884-cü ildə Vitmen qraflığı əsasında Adams qraflığı yaradıldıqdan sonra Ritsvil yeni qraflığın paytaxtı oldu. Ritsvil 1888-ci ildə şəhər kimi qeydə alındı. Lakin 1889-cu ildə Vaşinqtonun ştat elan edilməsindən sonra 12 iyul 1890-cı ildə yenindən qeydə alındı. İlk mer R. J. Nirqard oldu. Həmin il məktəb binası tikilərək istifadəyə verildi. 1892-ci ildə yeni məhkəmə binası tikilərək istifadəyə verildi. 1894-cü ildə $20,000 xərc çəkilərək su infrastrukturu quruldu. 1900-cü il əhalinin siyahıyaalınması məlumatlarına əsasən burada artıq 761 nəfər əhali vardı. 2 dekabr 1901-ci ildə daha bir qrup Volqa almanı buraya gəldi. Müxtılif illərdə meydana gələn bir neçə yanğın səbəbindən 1901-ci ildə könüllü yanğından mühafizə briqadası yaradıldı. 1905-ci ildə məhkəmə binası rekonstruksiya edildi. 1907-ci ildə kitabxana fəaliyyətə başladı. Çiçəklənmə dövrü yaşayan Ritsvildə 1910-cu ildə 1 859, 1920-ci ildə 1900, 1930-cu ildə isə 1 777 nəfər əhali vardı. Bu dövrdə iqtisadiyyatın əsasını taxılçılıq təşkil edirdi. Burada bir çox dəyirman var idi. 1955-ci ildə burada müasir binalar tikildi. Hətta Olimpiya standartlarında böyük bir hovuz da tikilmişdi. 1960-ci ildə əhali sayına görə ən yüksək rəqəmə çatdı. Bundan sonra əhalinin azalması başlandı. 18 may, 1980-cı ildə Sent Helens dağında vulkan meydana gəldi. Bunun nəticəsində şəhərə böyük ziyan dəydi.[4]

Ritsvil 47°07′39″ şm. e. 118°22′28″ q. u. (47.1275, -118.38) kordinatlarında, Spokandan 85 km cənub-qərbdə, 90-cı Ştatlararası Avtomagistral395-ci ABŞ Avtomagistralında yerləşir. Ümumi ərazisi 4.4 km² olub, tamamilə quru ərazisindən ibarətdir.[1]

Köppen iqlim təsnifatına əsasən Ritsvildə yarımsəhra iqlimi mövcuddur. Orta illik temperatur 9.2 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 21.3 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur -2.4 °C). Ən yüksək temperatur 44.4 °C (5 avqust, 1961-ci il tarixində), ən aşağı temperatur isə -31.1 °C (2 fevral, 1950-ci il tarixində ) olmuşdur. Orta illik yağıntı miqdarı 288 mm-dir.[5]


Ritsvilin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 15,6 18,9 25,0 33,3 37,2 42,2 43,9 44,4 39,4 33,9 21,1 16,7 44,4
Maksimum orta, °C 1,2 5,0 10,6 16,1 21,1 25,5 30,9 30,1 24,8 17,1 7,2 2,0 15,9
Orta temperatur, °C −2,4 0,7 4,8 8,7 13,0 16,9 21,3 20,7 16,1 9,7 2,7 −1,4 9,2
Minimum orta, °C −6,1 −3,7 −1,1 1,3 4,9 8,4 11,6 11,2 7,4 2,4 −1,9 −4,9 2,4
Mütləq minimum, °C −30,6 −31,1 −17,8 −11,7 −5,6 −1,7 −0,6 0,0 −6,7 −15 −25,6 −29,4 −31,1
Yağıntı norması, mm 35 28 25 20 23 20 9 10 13 23 39 42 288
Mənbə: WeatherBase


İllərə görə əhali
İl Əhl.
1900761
19101.8590%
19201.9000%
19301.7770%
19401.7480%
19502.1450%
19602.1730%
19701.8760%
19801.8000%
19901.7250%
20001.7360%
20101.6730%
Təxm. 20141.6710%
ABŞ onillik siyahıyaalma[6]
2014 Təxmini[7]

2010-cu il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1 673 nəfər əhali, 751 şəxsi təsərrüfat və 444 ailə vardı. Əhalinin sıxlığı 380.2 nəfər/km²-di. Burada 902 ev var və evlərin sıxlığı 204.9/km²-di. Əhalinin etnik tərkibini 94.5%-i Ağ amerikalılar, 0.1%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 0.5%-i Asiyalılar, 2.4%-i digər irqdən olanlar və 1.7%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

751 şəxsi təsərrüfatın 23.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 46.1%-ində evli ailə, 8.7%-ində əri olmayan qadın, 4.4%-ində arvadı olmayan kişi, 40.9%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 36.2%-ində tək bir şəxs və 18.0%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.15 nəfər, hər ailədə isə ortalama 2.75 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 48.1 idi. Əhalinin 20.6%-i 18 yaşdan kiçik, 6.4%-i 18-24 yaş arasında, 19.2%-i 25-44 yaş arasında, 30.5%-i 45-65 yaş arasında, 23.3%-i isə 65 yaşdan böyükdü. Əhalinin 48.8%-i kişi, 51.2%-i qadındı.[3]

2000-ci il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1 736 nəfər əhali, 777 şəxsi təsərrüfat və 470 ailə vardı. Əhalinin sıxlığı 394.5 nəfər/km²-di. Burada 873 ev var və evlərin sıxlığı 198.4/km²-di. Əhalinin etnik tərkibini 95.79%-i Ağ amerikalılar, 0.35%-i Afroamerikalılar, 0.58%-i Hindilər, 0.58%-i Asiyalılar, 0.86%-i digər irqdən olanlar və 1.84%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

777 şəxsi təsərrüfatın 24.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48.5%-ində evli ailə, 8.9%-ində əri olmayan qadın, 3.2%-ində arvadı olmayan kişi, 39.4%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 36.4%-ində tək bir şəxs və 17.6%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.15 nəfər, hər ailədə isə ortalama 2.75 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 46.0 idi. Əhalinin 21.7%-i 18 yaşdan kiçik, 5.1%-i 18-24 yaş arasında, 21.8%-i 25-44 yaş arasında, 26.3%-i 45-65 yaş arasında, 25.1%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 93.5 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 86.3 kişi düşürdü.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $32,560, hər ailənin orta illik gəliri isə $40,240 təşkil edirdi. Kişilərin orta illik gəliri $32,500, qadınların orta illik gəliri isə $21,083 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $18,308 olmuşdu. Ailələrin 8.4%-i, əhalinin isə 14.3%-inin gəliri yoxsulluq həddinin aşağısında idi, bunların isə 20.1%-ini 18 yaşdan kiçik olanlar, 8.6%-ini isə 65 yaşdan böyük olanlar təşkil edirdi.[3]

  1. 1 2 "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  2. "U.S. Board on Geographic Names (BGN)" (ingilis). USGS. İstifadə tarixi: 27 noyabr, 2015.[ölü keçid]
  3. 1 2 3 4 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  4. "Ritzville, Washington Travel Weather Averages" (ingilis). WeatherBase. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  5. United States Census Bureau. "Census of Population and Housing". February 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
  6. "Annual Estimates of the Resident Population for Incorporated Places: April 1, 2010 to July 1, 2014". May 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]