Vaşinqton (ştat)

Vaşinqton (ing. Washington) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir.

Vaşinqton
State of Washington[1]

47°30′ şm. e. 120°30′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Olimpiya
Tarixi və coğrafiyası
Yaradılıb 11 noyabr 1889
Sahəsi
  • 184.827 km²
Hündürlük
520 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.705.281 nəf. (1 aprel 2020)[3]
Rəqəmsal identifikatorlar
ISO kodu US-WA
Rəsmi sayt
Vaşinqton xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi 184 673 km. Əhalisi 5,9 mln nəfərdir. İri şəhərləri Sietl, SpokeinTakomadır. Ştat statusunu 11 noyabr 1889-cu ildən alıb. Qubernatoru Kristin Qrequardır. Ştatın şüarı "Həmişəyaşıl ştat"dır.

Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir. Qərbdə isə Sakit okean ilə əhatələnmişdir. Vaşinqton Sakit okeanın şimal-qərb bölgəsində yerləşən bir ştatdır. Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir. ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun adı ilə adlandırılmışdır. Ştat 1846-cı ildə Britaniya tərəfindən Oreqon Sərhəd münaqişəsi nəticəsində imzalanan Oreqon müqaviləsi zamanı güzəştə gedilmişdi. 1889-cu ildə ABŞ-nin 42-ci ştatı olaraq birliyə qoşulmuşdur. Vaşinqton ştatlar arasında böyüklüyünə görə 18-ci, əhalisinə görə isə 13-cü yeri tutur. Əhalinin təxminən 60 faizi nəqliyyat, biznes və Saliş dənizi ətrafındakı Puget düzənliyində üstün olan təsərrüfatın mərkəzi Sietl metropolit bölgəsində məskunlaşıb. Ştatın əsas coğrafi xüsusiyyətləri qərbdə böyük mülayim cəngəlliklər, mərkəzi, qərb, şimal-şərq və uzaq cənub-şərqdəki dağ silsilələri və mərkəz, şərq və cənubda xüsusilə kənd təsərrüfatının üstün olduğu yarı-quraq hövzələrlə əhatə olunmasıdır. Vaşinqton Kaliforniyadan sonra nəinki qərb sahillərində, həmçinin ümumi olaraq ABŞ-nin qərbində əhalisinə görə ən böyük ştatdır. Ştat şalban istehsalına görə ölkədə birinci yeri tutur. Həmçinin alma, mayaotu, armud, qırmızı moruq, nanə yağı və yaşıl albalının da ən böyük istehsalçısı Vaşinqton ştatı sayılır. Bundan əlavə olaraq ərik, qulançar (asparagus), quru noxud, üzüm, mərci, nanə çövhəri yağı və kartof istehsalında da ön yerlərdən birini tutur. Ferma heyvanları və onlardan əldə edilən məhsullar ümumi ferma büdcəsinə böyük töhfə verir, qızıl balıq, paltus və digər okean balıqlarının ticarəti ölkə iqtisadiyyatına böyük köməklik göstərir.

Vaşinqtona gələn ilk avropalı 1775-ci ildə ispan kapitani Bruno de Esenta olmuşdur. 1819-cu ildə İspaniya Vaşinqtonun ABŞ-nin tərkibinə qatılmasına razılıq verərək, bura olan iddialarından əl çəkir. Bundan sonra ştat ABŞ və Böyük Britaniya arasında münaqişə obyektinə çevrilir. Münaqişə 1846-cı ildə Oreqon sazişinin şərtlərinə uyğun olaraq ABŞ-nin xeyrinə həll olunur. Vaşinqton 11 noyabr 1889-cu ildə ABŞ tərkibinə 42-ci ştat kimi daxil olur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Boeing, Microsoft, Starbucks ve Amazon.com kimi iri şirkətlərin mərkəz-qərargahları burada yerləşir.