Rizvan Mustafayev

Rizvan Abış oğlu Mustafayev (1957, Kirovka, Ağstafa rayonu) — Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəisi, Gömrük Xidməti polkovniki.[1]

Rizvan Mustafayev
Doğum tarixi
Doğum yeri Kirovka, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 3 övlad
Atası Abış Mustafayev
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Mühəndis İnşaat İnstitutu
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Ağstafa rayonu Kirovka kəndində ziyalı ailəsində anadan olub.

Qazax rayonu Köhnəqışlaq kənd 8-illik və Tatlı kənd orta məktəbini bitirərək ali təhsil almaq və işləmək üçün 1974-cü ildə Bakı şəhərinə gəlmişdir.

Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunda, Ali Komsomol Məktəbində, Marksizm-Leninizm Universitetində, Rusiya Federasiyasının Volqaətrafı Sosial-Siyasi İnstitutunda, Bakı Sosial-Siyasi İdarəetmə və Politologiya İnstitutunda almışdır.

Əmək fəaliyyətinə 1974-cü ildən Sənaye-Tikinti Nazirliyi sistemində fəhlə, çilingər kimi başlamış, 1976–78-ci illərdə hərbi xidmətdə olmuş, 1979–81-ci illərdə Avtomobil Yolları və Tikintisi Nazirliyi sistemində mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, 1981–90-cı illərdə Komsomol və Partiya orqanlarında-Bakı Metropolitenində Komsomol Komitə katibi, Nəsimi rayon Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçı, şöbə rəisi, II katib və rayon Partiya Komitəsinin təşkilat şöbəsində fəaliyyət göstərmiş, 1992–97-ci illərdə Azəravtoyol Dövlət Şirkətində aparıcı mühəndis vəzifəsində çalışmışdır.

1997-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitə sədri yanında İnspeksiya şöbəsində baş inspektor, ümumi şöbənin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin (İnspeksiya İdarəsi) rəisi vəzifəsində xidmət etmiş, 2009-cu ildən DGK-nın İşlər İdarəsinin rəisi vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 28.01.2005[2]

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

  1. Mustafayev
  2. "Rizvan Mustafayevin "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunması ilə prezidentin 28 yanvar 2005 ci il sərəncamı". 2019-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.